Ərazidə yaşayan sakinlərin sözlərinə görə, artıq onlar evlərinə dönməyi planlaşdırırlar.
AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, təhlükəli zonada yaşayan sakinlər evlərindən müvəqqəti köçsə də, digər sakinlər öz evlərində yaşamağa davam edirlər.
Ərazidə iş aparan qurumun əməkdaşları deyirlər ki, proses tamamlanmaq üzrədir. Qısa zamanda içməli suyun verilişi də bərpa ediləcək.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Rəşid Bağırov küçəsində mövcud problemin aradan qaldırılması məqsədilə diametri 1 200 mm olan 15 metr uzunluğunda yeni tullantı su xətti çəkilib. Bir ədəd quyu tikilib və iki nasos quraşdırılıb. Ərazidə mikrotunel tipli kollektorun tikintisi ilə bağlı isə hazırda işlər davam etdirilir.











































