Paytaxtın iki rayonunda su olmayacaq

Paytaxtın iki rayonunda su olmayacaq
SOSİAL
23:03 15.09.2026
141
Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, magistral xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar su təchizatı sentyabrın 16-sı saat 09:00-dan başlayaraq sentyabrın 17-si gün ərzində məhdudlaşdırılacaq.
OXŞAR XƏBƏRLƏR