"Penaltiləri düşünməsək, daha yaxşıdır" - Qurban Qurbanov

"Penaltiləri düşünməsək, daha yaxşıdır" - Qurban Qurbanov
İDMAN
21:49 16.07.2019
6507
"İlk oyunda rəqibi tanıdıq. Bizim üçün ciddi rəqibdir, oyun intizamı yüksəkdir, aqressiv müdafiə olunurlar. İlk matçda bizə çox çətinliklər yaratdılar. Sürətli əks-hücumlar qura bilirlər".
 
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Partizani" ilə cavab oyunu öncəsi bu gün keçirdiyi mətbuat konfransında deyib.

- "Partizani" bizim üçün o qədər də uyğun rəqib deyil. Ancaq belə komandalara qarşı əvvəllər də oyunlarımız olub. Onların açıqlamalarından da görünür ki, çox istəklidilər. Bizim üçün ağır oyun olacaq. Çalışacağıq ki, həddən artıq diqqətli və intizamlı oynayaq. Azarkeşlərimizi sevindirmək istəyirik.

- "Qarabağ" avrokuboklarda kifayət qədər təcrübəli sayılır. Bu amil sizin üçün üstünlükdür?

- Bəli, təcrübəmiz var. Bu, hardasa üstünlükdür. Ancaq həmişə məni narahat edən odur ki, uğurlardan sonra komandada hansısa turnirdə uğursuzluq baş verir. İstənilən halda, təcrübə bizə kömək etməlidir. Digər tərəfdən, doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Təcrübə və səbr bizim uğur qazanmağımıza kömək olmalıdır.

- Matçın öyrəşmədiyiniz "Dalğa Arena"da olması çətinlik yaratmayacaq?

- Bu mövzu haqda çox danışmaq olar. Ancaq istəməzdim ki, fikirlər buna yönəlsin. Neçə ildir öz stadionumuzda oynaya bilmirik. Eyni meydanda oynamaq futbolçulara daha çox sərbəstlik gətirir. Bundan başqa, azarkeşlər də "Tofiq Bəhramov"a öyrəşib. Ancaq son illərdə bizim üçün uyğun olmayan hallar olur. Bu da bizə mənfi təsir göstərir, rəqibə isə üstünlük yaradır. Ancaq doğma Bakımızda oynayacağıq. Hamımız özümüzü oyuna tam hazır etməliyik. Lazım gəlsə, daha aqressiv oynamalıyıq.

- Albaniya mətbuatı yazır ki, rəqib penaltilər seriyasına hazırlaşır...

- Belə hallar olur. Hər komanda buna hazır olmalıdır. Ancaq futolçulara bu haqda danışmamışam. Onlara oyunun vacibliyini anlatmışam. Penaltiləri düşünməsək, daha yaxşıdır. Ancaq buna da hazır planımız var.

- Geryenin gedişi qalmaqallı oldu. Əvvəlcə dedilər ki, razılıq var, sonra məşqlərə gəlmədi. Daha sonra isə bildirdi ki, pul istədim, vermədilər deyə gəlmədim...

- Klub bu haqda məlumat yayıb. Qısaca deyim ki, Donald hətta burdan gedərkən biz razılaşmışdıq. Sonradan danışıqlar davam etdi. Gəlmək vaxtını da razılaşdırmışdıq. Sonda o, həmin müddətdə komandaya qoşulmadı. Beləcə, yollarımızı ayırdıq. Ona uğurlar arzuladıq. Öz adımdan da ona təşəkkür edirəm.

- Maliyyə məsələsi olubmu?

- Dərinə getməyə ehtiyac yoxdur. Fikirlərimi bildirdim.

- Müdafiə xəttini kifayət qədər gücləndirdiniz. Hücuma transferlər olacaqmı?

- Romeronu götürmüşük. Əvvəllər də demişdim ki, daim futbolçu axtarırıq. Uyğun gələn oyunçuları komandamıza götürürük. Yeni bir hücumçu ilə danışıqlar gedirdi. Sabah tibbi müayinədən keçəcək və müqavilə bağlanacaq.

- Hücumda oynayan futbolçularınız azdır...

- Təkcə avrokubokları nəzərə almalı deyilik. Çempionatda limit var. Milli komandaya yerli oyunçular verməyə çalışmalıyıq. Limitə görə çempionatda bizə o qədər də asan olmur. Yeni transferdən sonra hücum xəttində heç də say azlığı olmur. Hər mövqedə 2 futbolçumuz var. Ancaq istənilən halda, rəqabətin olmasını istəyirəm. Bu da hələlik alınmır. Maqaye Qeyenin də transferini yekunlaşdırsaq, kifayət edəcək. Bundan sonra da istədiyimiz şərtlərdə futbolçu olsa, komandaya dəvət edəcəyik.

- Ailton Silvanın hazırkı forması necədir? Sabah ilk dəqiqələrdən oynamağa hazırdı?

- Tam optimal formasında deyil. Ancaq ilk dəqiqələrdən oynamaq ehtimalı var. Sabah səhər son məşqimiz olacaq, onun əsasında qərar verəcəyik.

- Start heyətində ilk matçla müqayisədə dəyişikliklər gözlənilir?

- Ola bilər. Sabah səhər son qərarı verəcəyik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
14:31 12.09.2025
Polis 35 min manatlıq dələduzluq edən şəxsləri saxlayıb
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
14:30 12.09.2025
Kreml: Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
13:33 12.09.2025
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm