Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir

Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir
SİYASƏT
15:08 22.09.2020
634

"Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini zəbt edərək, bir milyondan çox insanın hüquqlarını pozan Ermənistanın faşist ideologiyasına xidmət edən işğalçılıq siyasəti son zamanlar daha da fəallaşıb".

 

AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Millət vəkili bildirib ki, başqasının torpağına, el-obasına göz dikən, insanları evsiz-eşiksiz qoyan, ata-baba yurdundan didərgin salan Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil. İllərdir Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq təcavüzkar siyasət yürüdür, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini hərbi işğal altında saxlayır və işğal etdiyi ərazilərdə etnik təmizləmə həyata keçirir, bölgədə münaqişə ocağı yaradaraq dayanıqlı sülhə və təhlükəsizliyə ciddi təhdid törədir.

Hazırkı Paşinyan hakimiyyəti terrora dövlət səviyyəsində dəstək verir. Ermənistanın baş nazirinin yürütdüyü işğalçı siyasəti, sərsəm ritorikaları, qeyri-ciddi çıxışları bu ölkənin siyasi iflasınından xəbər verir. Aciz və çıxılmaz vəziyyətdə olan Paşinyan hakimiyyəti müxtəlif manipulyasiyalar, cəfəng bəyanatlarla Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllindən yayınır, danışıqlar prosesini pozur, hərbi-siyasi xarakterli təxribatlarını davam etdirir. Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz.

Dünya ictimaiyyətinin gözü qarşısında beynəlxalq hüququn normalarını pozmaqda davam edən Paşinyan hökuməti bir yandan işğal edilmiş ərazilərimizdə qanunsuz məskunlaşdırmaya start verir, bir yandan ordusunu silahlandırır. 

Prezident İlham Əliyevin "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində tutarlı cavabları ilə Ermənistanın təcavüzkar siyasətini və bu ölkə rəhbərliyinin həqiqi simasını ifşa etdi. Eyni zamanda dövlət başçımız Ermənistana xəbərdarlıq mesajı göndərdi: "Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.

Gücünə və nüfuzuna arxalanan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsində hər zaman prinsipial mövqe nümayiş etdirib, qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyb, işğalçı Ermənistana törətdikləri təxribatların qarşısını almaqda da, diplomatiya müstəvisində də böyük zərbələr vurub. 

Ermənistan xalqı ölkələrini uçuruma aparan bugünkü rəhbərliyin məsuliyyətsiz addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil etməli və növbəti məğlubiyyəti yaşamamaq üçün Paşinyan hakimiyyətinin revanş götürmək cəhdinə aldanmamılıdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
20:57 12.10.2026
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
20:55 12.10.2026
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
20:49 12.10.2026
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
20:44 12.10.2026
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
20:38 12.10.2026
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
20:33 12.10.2026
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
20:29 12.10.2026
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
20:23 12.10.2026
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib
20:19 12.10.2026
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib
"Sabah"ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
20:15 12.10.2026
"Sabah"ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması
20:06 12.10.2026
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub
20:00 12.10.2026
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub
"Osasuna"nın baş məşqçisi Luis Migel Ramis postunu tərk edib
19:35 12.10.2026
"Osasuna"nın baş məşqçisi Luis Migel Ramis postunu tərk edib
Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb
19:22 12.10.2026
Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb
Rusiya vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə viza verilməsi sərtləşdirilir
18:59 12.10.2026
Rusiya vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə viza verilməsi sərtləşdirilir
Paşinyan: Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz
18:47 12.10.2026
Paşinyan: Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz