Pərviz Şahbazov: “Bu il Azərbaycan 7,6 milyard kubmetr qaz ixrac edib”

Pərviz Şahbazov: “Bu il Azərbaycan 7,6 milyard kubmetr qaz ixrac edib”
İQTİSADİYYAT
10:14 12.05.2022
396
Bu ilin 4 ayında operativ məlumatlara əsasən, Azərbaycanda hasil edilmiş 15,7 milyard kubmetr qazın 7,6 milyard kubmetri ixrac olunub.

AZXEBER.COM xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün "Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə qazın hasilatı 14,4 % artıb.

P. Şahbazov əlavə edib ki, hasil edilmiş 11,1 milyon ton neftin 9 milyon tonu ixrac edilib.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Azərbaycan qazının TAP vasitəsilə Avropaya ümumi təchizatı 10 milyard kubmetrə çatıb. Hazırda TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.

Türkiyəyə Azərbaycanın "Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz ixracı 8 milyard kubmetrdən, Avropaya isə 10 milyard kubmetrdən çox olacağı proqnozlaşdırılır.

2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
01:56 15.08.2026
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
Hörmüzün açılması üçün şərtləri açıqladı
01:21 15.08.2026
Hörmüzün açılması üçün şərtləri açıqladı
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır