xari

Peyvəndin hər iki dozasını vurdurduqdan bir ay sonra koronavirusa yoluxdu

MARAQLI
22:38 02.04.2021
4595
ABŞ-ın Nyu York şəhərində yaşayan Melani Rozen adlı qadın "Moderna” şirkətinin COVİD-19-a qarşı peyvəndinin hər iki dozasını vurdurduqdan bir ay sonra koronavirusa yoluxub.

Bu barədə "Haber Global” məlumat yayıb.

Rozen xəstəliyə dəfn mərasimi zamanı yaxalandığını, həmin yerdə cəmi 90 dəqiqə maska taxmadığını bildirib.

"Cənazədən bir neçə gün sonra koronavirus simptomları üzə çıxdı. Mənimlə birlikdə üç nəfərin də testi müsbət çıxdı. Peyvəndin hər iki dozasının da vurulmasına baxmayaraq, koronavirusa yoluxmağıma anlam verə bilmirəm”, - deyə M.Rozen bildirib.

OXŞAR XƏBƏRLƏR