Pezeşkian: Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyirik

Pezeşkian: Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyirik
SİYASƏT
14:45 19.08.2025
282
Qafqazda sülhün hakim olması İran üçün strateji bir prioritetdir.
 
Bunu İran prezidenti Məsud Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyanla mətbuat konfransında deyib.

"Regionun işlərinin regiondan kənar qüvvələrə tapşırılması regional məsələlərin mürəkkəbləşməsinə səbəb olur”- Pezeşkian qeyd edib.

İran Prezidenti bildirib ki, ölkəsi Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir.

O, Nikol Paşinyanı İrana rəsmi səfərə dəvət edib.
 
\APA
OXŞAR XƏBƏRLƏR