Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıdır
SİYASƏT
20:07 31.08.2026
85
İran Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıdır. AZXEBER.COM xəbər verir ki, bunu avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
İran Prezidenti əlaqələrin inkişaf etdirilməsi üçün çox yaxşı imkanların olduğunu qeyd edib.
Məsud Pezeşkian İranın üzləşdiyi bu çətin vəziyyətdə Prezident İlham Əliyevin mövqeyinin, nümayiş etdirdiyi dəstəyin, verdiyi başsağlığının, həmçinin Azərbaycan tərəfindən göstərilən humanitar yardımın İran dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayıb, bütün bunlara görə bir daha minnətdarlığını bildirib.