xari

Pike “Barselona”nın prezidenti olma ehtimalına münasibət bildirdi

İDMAN
23:41 01.04.2021
201
"Barselona”nın müdafiəçisi Jerar Pike Xuan Laportanın prezident seçkilərində qalibiyyətini şərh edib.

Təcrübəli müdafiəçinin fikirlərini "Marca” nəşri dərc edib.

"Sonuncu seçkilərdə özümə kənardan baxmaq imkanı əldə etdim. "Barselona” haqqında çox şey bilirəm və klubun həyatının bu tərəfinin necə işlədiyini görmək istəyirdim. Bu, layiqli mübarizə idi. Ümid edirəm Laporta vədlərini yerinə yetirəcək. Gələcəkdə "Barselona”nın prezidenti olacağımı bilmirəm... Hələ özümü futbolçu kimi hiss edirəm və oyunumdan həzz alıram”, - deyə 34 yaşlı müdafiəçi qeyd edib.

Qeyd edək ki, J.Pike "Barselona” futbol məktəbinin yetirməsidir.

OXŞAR XƏBƏRLƏR