"Plastik əməliyyat etdirən qadınlardan iyrənirəm" - Namiq Fərhadoğlu ilə VİDEOMÜSAHİBƏ

MÜSAHİBƏ
16:12 04.06.2024
2972
"Azxeber Media”nın qonağı tanınmış aşıq Namiq Fərhadoğludur.
 

-İlk olaraq yeni məkanınızı təbrik edirik. Çox sağ olun ki, yeni məkanınızda bizim üçün bu şəraiti yaratdınız.

-Burada ilk qonağım sizsiniz. Çox adam istəsə də, məkanda çəkilişin olunmasına razılıq verməmişəm. İlk dəfə biznesə başlayanda bir dostumuzun məkanına 300 manat verərək şərik olmuşdum. Sonda 1500 manat ziyanla canımı ordan qurtardım. Dost-tanış gəlirdi, yeyib içib öpüb gedirdi. Həqiqətən də gördüm uçuruma gedirəm.

-Bu aralar toylar bir az azalıb. Sizdə vəziyyət necədir?

-Mən heç vaxt toy biznesinə işləyən adam olmamışam. Müğənnilər var ki, toy olmasa acından ölər. Amma mən onlardan deyiləm. Mən həm də müəlliməm, tələbə hazırlayıram, televiziya layihələrim olub. 500 nəfərdən çox tələbə yetişdirmişəm, istəmişəm tarixdə qalım. Ona görə də toy mənim üçün ən son yerdədir. Heç vaxt müqavilə ilə 50 manata toya gedənlərdən olmamışam, nə də şou proqramlara getməmişəm.

-Bu gün populyar olan bir çox müğənninin böyük səhnələrə gəlməsində də məhz sizin əməyiniz və dəstəyiniz olduğu deyilir...

-Bəli. Nəfəsi ilk dəfə efirə mən çıxarmışam. Bunu özü də hər zaman etiraf edir. Mən restoran işlədirdim, Şəbnəm Tovuzlu ora gəlib, gedirdi. Onun da böyük kanallara çıxmasında əməyim olub. O, da hər zaman bunu deyir sağ olsun. Daha sonra Nüşabə Musayeva var, onun da ilk addımlarında mən yanında olmuşam, efirə ilk dəfə mənim verilişimə çıxıb. Sonra gündəlik veriliş açdım, düşündüm ki, yeni çıxan ifaçılara dəstək olmaq lazımdır. Hər ay cibimdən 10 min manat pul verirdim ki, layihə davam etsin, gündəmdə qalım. O zaman buna ehtiyacım var idi. Ümumilikdə, bu layihələrə 1 milyon manat pul xərcləmişəm. Heç bir şey də qazanmadım. Qocalığım üçün aldığım 1 kq qızılım var idi, zamanında alıb yığmışdım, onları satdım bu layihələri elədim. Axıra yaxın başlamışdım pul qazanmağa, onda da kanal bağlandı. Mənə çox dedilər hardandır səndə bu qədər pul? 100 uşaq hazırlayırdım biri 100 manatdan, o pulu da verirdim layihələrimə.

-Bəs dəstək olduğunuz müğənnilərdən əziyyətinizi itirənlər olub?

-Bir çoxunda ulduzluq prosesi getdi. Hətta sosial şəbəkələrdə izləmədən də çıxartdılar. Kişini xanımın dalınca danışmağı bir az düz deyil, amma olanı deyirəm. Toya 2000 manata gedən birinə zəng etdim ki, dostumun toyudur, mənə görə endirim et. 100 manat endirdi. O mənə desə idi amma, mən ödənişsiz ifa edərdim o toyda. Bunu mənə edən müğənninin heç sənəti də yoxdur. İstəsəm 2 dəqiqədə səni pərt edərəm. Sadəcə bəxtiniz gətirdi ki, sosial şəbəkələrdə bayağı mahnılarınız bəyənildi. Habil Əliyev demişkən, "Ərindən boşanan müğənni olur”. Mənim veriliş olanda da məni yığırdılar, salonda işləyən bir qızı gətirirdilər ki, bunu efirə çıxar. Biri var idi getdi özünə silikon qoydurdu ki, efirə çıxsın. Dedim sən nə etsən də səndə səs yoxdu. Sən yenə də 50 manatlıq proqramlarda olacaqsan. Pulun var get salon aç, mağaza aç. 13 yaşımdan pul qazanıram. Nə əmim olub, nə də sponsorum. Nə vaxt ki, "Lider TV” bağlandı, bütün günü "Namiq müəllim deyənlər”, gecə 12-də yeni il girəndə ilk məni təbrik edənlər hamısı yoxa çıxdı. Elələri var ki, bilərəkdən qalmaqal yaradırdılar. Amma qalmaqal həmişə özü gəlib məni tapırdı. "Həzrəti Yusif” kinosuna baxdım, gördüm onun başına nə oyunlar açırlar amma o, sonda gedir Misirə sultan olur. Dedim Namiq sən də səbr et. Allah da məni Həcc ziyarəti ilə mükafatlandırdı. Zamanında ətrafımda belə insanlar olsa idi, başıma bu qədər şey gəlməzdi. Həci olandan sonra o insanlar hamısından uzaqlaşmışam. Vaxt var idi məclislərdən 8-10 min pul qazanırdım. İndi onlar yoxdur, çünki içki olan balaca məclislərə getmirəm. İndi isə ayda 1500-2000 qazanaram ya yox. Amma bərəkəti çoxdur. Onu da atama, anama xərcləyirəm.

-Bu qədər kamilləşmişkən, artıq həyat tərzinizi tamamən dəyişmişkən, nə üçün ailə qurmursunuz?

-Arvad bazarda satılmır. Bu gün mənim həyata baxışım artıq tam başqadır.  Müəllimə işləyən xanım mənimlə evlənmək istəyib, həkim xanım olub, hansı ki, məndən də çox pul qazanırdı. 29 yaşı var idi, 10 yaş ondan böyük idim. Onu anamla da tanış etmişdim, evlənmk istəyirdim. Evimizə gəlib-gedirdi. Bir gün rəfiqələri ilə getmişdi restorana. Dedim ki, saat 11-dən gec qalma. Görüntü ilə zəng etdim. Gördüm xanımlar hamısı içki içir, siqaret çəkir. Dedim sən kimlərlə oturub-durusan? Elə həmin gün də o xanımdan ayrıldım.

-Sizin evlənməyi düşündüyünüz xanım necə olmalıdır?

-Mənə hərdən sual verirlər ki, "Müğənni ilə ailə qurarsan?” deyirəm xeyr. Mən niyə müğənni almalıyam ki? Gözəl, namuslu sənətdə olan qadınlarımız var.  Amma bəzən olur ki,  müğənni oxuyur, hansısa içkili biri ona ya pul verir, ya nəsə deyir. Mən belə şeyləri götürə bilmərəm. Mən istəyirəm xanmım evdə otursun, atama anama, uşaqlarıma baxsın, geyimimi hazırlasın. Kişi də var ki, arvad alır, o da ərinə 50 minlik maşın alır verir. Mən bunları anlaya bilmirəm.  Həkim xanım alaram, müəllimə alaram. O da ona görə ki, evdə uşaqla məşğul olsun. Ana savadlı olmalıdır. Təbii ki, bunlar hamısı qismətdir. Amma bu il Allahın izni ilə evlənməyi düşünürəm.

-Həqiqətənmi bu evlilik ikinci ailə həyatınız olacaq?

-Bəli! Mən əvvəl bunu mətbuatdan gizlətmək istədim. Amma indi qərar verdim ki, bilinsə yaxşıdır. Mən 17 il öncə ailə qurmuşam, çox gənc idim, 22 yaşım var idi. Mən uşaq yaşda evlənə hər kəsə demək istəyirəm ki, bu yanlışdır, etməyin. Bu nikahdan 16 yaşında bir qızım var, rayonda qalırlar. Hətta deyim ki, mən rəsmi olaraq 1 ay öncə boşanmışam. Bilirəm, bu yanlışdır. Zamanında boşanmaq lazım idi. Amma işlərə başım qarışırdı, hər dəfə ertələyirdim. Qızımla münasibətimiz var, illərdir alimentini də verirəm. Deyirəm gəl səni gəzdirim. Deyir anam da gəlsin. Hiss edirəm ki, bizi barışdırmaq istəyir. Amma bu mümkünsüz bir şeydir.  Boşanmağımıza səbəb onun qısqanclığı oldu. Hələ bu qədər tanınmış deyildim. Bir adamla yola gedə bilmirsənsə, hörmətlə uzaqlaşmaq lazımdır.

-Keçmiş həyat yoldaşınız ikinci dəfə ailə qurmadı?

-Xanımım əsilli, köklü, namuslu bir ailənin qızıdır. İkinci dəfə də ailə qurmayıb. Amma mən evlənməliyəm axı. Uşağım var deyə ömrümün sonuna kimi tək qalmalıyam? Dinimizdə də tək qalmaq günah sayılır. Kiminsə yasını saxlayacaq deyiləm ki? Evlənmək fikrim var, amma indi də ideal birini tapa bilmirəm. İstəyirsiz ki, mən yenə əvvəlki kimi içki məclislərində, xanımlarla birlikdə əylənən biri olum? Mən ibadət əhliyəm. Hətta olur ki, o qədər səcdədə qalıram ki, anam deyir sən xəstələnəcəksən, qalx artıq.

-Verilişlərə qatılan zaman süni yaradılan qalmaqalların şahidi olursunuz. Son olaraq Aşıq Mübarizlə Pünhanın bir qalmaqalı oldu. Kimisi inandı, kimisi buna reklam dedi. Aşıq almində də var belə süni qalmaqallar?

-Məni ən təəccübləndirən Aşıq Telli ilə Aşıq Zülfiyyənin qalmaqalı oldu. Hətta Zülfiyyə xanım Tellini nəvəsinin məclisinə də dəvət etməmişdi.  Çox adi bir şeydən münasibətlər korlandı. Bu da Zaur Nəbioğlunun verilişində canlı yayımda oldu. Burada jurnalistlərin də rolu var idi. Onlar öz aralarında həll edə bilərdilər, iş belə böyüdü. Qaldı ki, Mübarizlə Pünhana, Mübariz Aşıq deyil, sadəcə saz ifaçısıdır. İllərdir sənətdədir, adı gələndə hər kəs bilir ki, belə bir adam var. Pünhan amma sənətə təzə gəlib. Onların qalmaqalına kənardan baxdım, dedim vallah mənə şükür. (gülür). Çünki mənimlə olan qalmaqallar hamısı o qədər tutarlı səbəblərə görə olub ki, cılız olmayıb. Hamısı ssenari yazaraq mənimlə qalmaqal edib.

-Onda siz də belə məsələlərdə teleaparıcıları günahlandırırsınız?

-Əlbəttə ki. Hamısını edən jurnalistlərdir. (gülür). Sizin nəyinizə lazımdır mənim şəxsi həyatım? Şəxsi həyat, şəxsi olaraq qalmalıdır. Siz elə bilirsinizki, mən toy edəndə arvadımı çəkib göstərəcəyəm? Əsla! Kişi toyu edəcəyəm. Mən yoldaşımı niyə efirdə göstərməliyəm? Anamın 67 yaşı var, o qədər evimdə verilişlər olub, heç birində də anamı göstərməmişəm. Heç adını belə demirəm. O kişilərə mən nifrət edirəm ki, xanımını çəkir, paylaşır hər yerdə. Kimsə sənin xanımını niyə görməlidir? Göstərənlər özləri bilərlər, mən qapalı insanam, istmirəm. Mən evdə atamdan belə görmüşəm.

-Plastik əməliyyat etdirən kişi həmkarlarınıza qarşı münasibətiniz necədir? 

-Əla!(gülür). Mən də tezliklə etdirəcəyəm. Saç əkdirmək fikrim var, buna normal baxıram. Qəbahətli bir şey yoxdur. 40 yaşım var, bunu etməyin nəyi pisdir ki? Amma bir dəfə  bərbərə getdim, dedi ki, gəlin qaşınızı səliqəyə salaq. Dedim sən nə danışırsan? Kişi qaş alar? Bəziləri var, edir, özləri bilər, mən etmərəm.

-Bəs plastik əməliyyat edən xanımlar necə? 

-Mən o xanımlardan iyrənirəm. Təbii xanım görəndə artıq təəccüblənirəm. Kimə baxsan dodaqlar öndə, arxa şişirdilmiş... Azərbaycan xanımından gül-çiçək qoxusu gəlməlidir, tütün yox. Kimsə nə edirsə də, gizlin etməlidir. Çox qadınlar var, siqaret də çəkir, içki də içir, özü bilər, amma bunu mən görməyim. Bu gün qadınların gəldiyi son vəziyyət çox biabırçıdır. İnqubatordan çıxmış kimi hamısı bir-birinə bənzəyir. Şou-biznesdə də 70 faiz xanmlar bir-birilərinə oxşayır. Burun, dodaq, bədənşəkilləndirmə... Heç birini bəyənmirəm. İnsan qapalı olar.  Belə qadınlar kişilər üçün daha cəlbedici olurlar. Hər yerini açan qadının nəyi maraqlıdır ki? Qadın var boşanıb, ya əri ölüb. Ona niyə pis baxmalıyıq ki? Amma qadın da var ki, əri ola-ola gündə min hoqqadan çıxır. Elə kişi də var ki, namuslu arvadı ola ola gedir kənarda üç qadın saxlayır. Bəzən "TikTok”da görürəm ki, çox qəşəng qızlar var. Mənim də bir vaxtlar 7-8 min manat pulum getdi orda, bəzilərinə dəstək olurdum. Heç kim durduq yerdə kiməsə pul vermir. Birinci hədiyyədə izləmə gəlirdi, ikinci hədiyyədə nömrə verilirdi, üçüncüdə də hotelə gedirdilər. Nəyə lazımdır bu? Bağlansa məncə də yaxşı olar. Bir qız var idi, bu yaşımda ikinci dəfə həqiqi sevgi yaşamışdm onunla. Bildim ki, o məni blok edib, TikTokda canlı yayım açır. Onu tapdım, 3,4 gün izlədim. Gördüm ilahi, orada pul üçün nələr edir bu? Halbuki, mən ona dəstək olurdum. Bu səbəbə görə mən ondan da ayrıldım. Mənim sevdiyim qız belə olmamalı idi! Orda kim, kimə elə belə pul verir ki? Konkret münasibətin olmalıdır ki, gəlib sənə nəsə versinlər. 50 manata görə insan özünü bu günə salar?

-Çox sağ olun Namiq bəy, zamanınızı bizə ayırdınız. Yeni məkanınızın qapılarını bizə açdınız. Əminəm ki, necə ki, biz, eləcə də tamaşaçılar bu gün sizin bilinməyən tərəflərinizlə tanış oldu, sizi daha yaxından tanıdılar.

-Siz sağ olun. Nə vaxt da mənə sualınız olsa, sizə cavab verməyə hazıram. Sizə işlərinizdə uğurlar arzu edirəm.
 
Aysel Hacızadə
Fərid Faiqoğlu

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər