Polis Bakı bulvarında əməliyyat keçirdi

Polis Bakı bulvarında əməliyyat keçirdi
Bütün Xəbərlər
11:05 17.01.2013
1030

Dənizkənarı Milli Parkda axtarışda olan keçmiş məhkum tutulub. Lent.az-ın məlumatına görə, polisə narkotik vasitələrin alış-verişi ilə məşğul olan Suraxanı rayon, Mirqəzəb küçəsinin sakini Mikayıl Hacıyevin park ərazisində olması barədə əməliyyat məlumatı daxil olub. Dərhal ərazi nəzarətə götürülüb, M.Hacıyev yaxalanıb. Hal şahidlərinin iştirakı ilə onun üzərindən xeyli miqdarda tiryək götürülüb.

Məlumata görə, M.Hacıyev əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Onun ətrafında araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR