Rəqsanə ATV-də yayımlanan “Ümid var” verilişində telefonla canlı bağlantı zamanı axtarışda olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
AZXEBER.COM-un məlumatına görə, müğənni heç bir idarəyə çağrılmadığını söyləyib:
“Mən nə qaçmışam, nə də gizlənmişəm. Telefonlarım da açıqdır. Məni nə vaxt dəvət etsələr Azərbaycana gələ bilərəm”.
Qeyd edək ki, Rəqsanə İsmayılova Suraxanı Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışa verilib.
Hazırda R.İsmayılovanın tutulması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.