"Politico": Ursula von der Leyen yenidən Ermənistana səfər edəcək

"Politico": Ursula von der Leyen yenidən Ermənistana səfər edəcək
DÜNYA
18:39 23.06.2026
366
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Ermənistana növbəti səfəri planlaşdırılır.

"Politico” nəşrinin məlumatına görə, səfər iyulun 1-də baş tutacaq.

Avropa Komissiyası rəhbərini Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos müşayiət edəcək.

Bu, von der Leyenin son iki ay ərzində Ermənistana ikinci səfəri olacaq. O, mayın əvvəlində İrəvanda keçirilən Aİ-nin sammitlərində iştirak edib.
OXŞAR XƏBƏRLƏR