Polşa Avropa Komissiyasının miqrantlara dair təklifini qəbul etməyib

DÜNYA
03:24 04.12.2021
242
Polşa hökuməti Belarusla sərhəddə miqrantlarla bağlı vəziyyətin nizamlanmasına dair Avropa Komissiyasının təklif etdiyi tədbirləri qəbul etməyib.
 
AZXEBER.COM xəbər verir ki, Polşanın Avropa İttifaqındakı səfiri Andjey Sados sığınacaq müraciətlərinin qeydiyyatı və onlara baxılması müddətinin uzadılmasını səmərəsiz adlandırıb. Onun sözlərinə görə, miqrantlara sığınacaq verilməsi prosesi dayandırılmalıdır.

Avropa Komissiyası miqrant axını ilə əlaqədar Polşa, Litva və Latviyaya sığınacaq verilməsi prosedurlarını müvəqqəti olaraq yumşaltmağı təklif edib. Qeyd olunur ki, əgər Brüsselin təklifi qəbul edilsə, üzv ölkələr sığınacaq müraciətlərinin qeydiyyatı müddətini 3-10 gündən 4 həftəyədək artıra biləcəklər. Bu, müraciətlərin birbaşa sərhəddə yoxlanmasına imkan verəcək. Polşa tərəfi isə hesab edir ki, bu tədbirlər Polşa, Latviya və Litvanın yükünü daha da artıracaq.

Avropa Komissiyasının məlumatına görə, ilin əvvəlindən ittifaq ərazisinə Belarus vasitəsilə 8 minə yaxın miqrant gəlib. Onlardan 4300-ü Litvaya, 3200-ü Polşaya, 400-dən çoxu Latviyaya keçib.

OXŞAR XƏBƏRLƏR