Poqba Makronun müsəlmanlarla bağlı açıqlamasına görə Fransa millisindən getdi

İDMAN
11:52 26.10.2020
582
Fransa yığmasının və "Mançester Yunayted”in ulduz yarımmüdafiəçisi Pol Poqba milli karyerasını bitirib.

İnformasiyanı "The Sun” (San) nəşri yayıb.

Bildirilib ki, futbolçunun bu qərarı almasına səbəb Fransa prezidenti Emmanuel Makronun müsəlmanlarla bağlı dini ayrı-seçkiliyə yol verməsi olub. Ölkə başçısının İslam dini ilə bağlı açıqlamaları Fransadakı müsəlmanların da narazılığına yol açıb.

Qeyd edək ki, 27 yaşlı orta sahə oyunçusu 2013-2020-ci illərdə Fransa yığmasının heyətində 71 oyun keçirib, 10 qola imza atıb.

OXŞAR XƏBƏRLƏR