Premyer Liqa: "Kəpəz" evdə növbəti qələbəsini qazanıb

Premyer Liqa: "Kəpəz" evdə növbəti qələbəsini qazanıb
İDMAN
19:34 01.11.2026
196
Misli Premyer Liqasının X turunda "Kəpəz" evdə "İmişli"yə qalib gəlib.

AZXEBER.COM xəbər verir ki, Gəncə stadionunda keçirilən oyun ev sahiblərinin 1:0 hesablı üstünlüyü ilə bitib.

Yeganə qolu 77-ci dəqiqədə Namiq Ələsgərov vurub.

"Kəpəz" 17 xalla turnir cədvəlində beşinci sıraya yüksəlib. "İmişli" isə 10 xalla səkkizincidir.

Xatırladaq ki, turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" "Sabah"ı, "Neftçi" isə "Şamaxı"nı 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) görüşləri isə heç-heçə yekunlaşıb.
OXŞAR XƏBƏRLƏR