Prezident Administrasiyasının şöbə müdiri yeni siyasi konfiqurasiyaya aydınlıq gətirib

Prezident Administrasiyasının şöbə müdiri yeni siyasi konfiqurasiyaya aydınlıq gətirib
SİYASƏT
18:00 26.02.2025
1259
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev yeni siyasi konfiqurasiyaya aydınlıq gətirib.

Parlament seçkilərini rekord sayda müşahidəçi və məşvərətçi izləyib

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri bildirib ki, müstəqillik əldə olunandan sonra müasir Azərbaycanın tarixində ilk dəfə olaraq parlament seçkilərini rekord sayda - 120 mindən artıq müşahidəçi və məşvərətçi izləyib.

Prezident Administrasiyasının rəsmisi deyib ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) və digər beynəlxalq təşkilatların seçkilərlə bağlı ölkəmizə olan qərəzli mövqeyinə, həmçinin seçkiqabağı dövrün yay aylarına düşməsinə baxmayaraq, 69 ölkəni təmsil edən beynəlxalq müşahidəçilər seçkiləri izləyib: "2020-ci il parlament seçkilərində bu rəqəm 58 olub. Bundan əlavə, ötən il 25 siyasi partiya 71.048 nəfər müşahidəçi və məşvərətçi ilə seçkilərdə iştirak edib. 2020-ci ilin seçkilərində isə 24 siyasi partiya təxminən 2 dəfə az - 35.476 müşahidəçi və məşvərətçi ilə seçkilərdə iştirak edib. İlk dəfə olaraq seçkilər nəticəsində 125 seçki dairəsinin hər biri üzrə nəticələr etibarlı olub. Əvvəlki seçkilərdə, bir qayda olaraq, 1-11 aralığında seçki dairələri üzrə nəticələr etibarsız sayılırdı. Əvvəlki çağırış Milli Məclisdə orta yaş həddi 58,8 olduğu halda, yeni çağırışda bu göstərici 56,2 olub. Deputat seçilmiş 125 nəfərdən 37 nəfəri Milli Məclisə yeni seçilmiş şəxslər olub ki, bu da seçilmiş deputatların təxminən 29,6%-ni təşkil edib”.

Qadın deputatlardan ikisi müxalifəti təmsil edir

PA rəsmisi bildirib ki, Milli Məclisə seçilən deputatlardan 68-i Yeni Azərbaycan Partiyasını, 13-ü müxalifət partiyalarını təmsil edib, 44-ü bitərəf olub: "Müstəqillik tariximizdə ilk dəfə Milli Məclisə seçilən qadın deputatların sayının 26-ya çatması, o cümlədən onlardan 2-sinin müxalifət partiyalarını təmsil etməsi mühüm yeniliklərdən hesab edilir. VI çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə mandat qazanmış 8 müxalifət partiyasının nümayəndələri, müstəqil Azərbaycanın parlament tarixində ilk dəfə olaraq həm Milli Məclisin rəhbərliyində, həm də komitə və komissiyaların rəhbərliyində təmsil olunmuşdular. VII çağırış Milli Məclisdə də bu ənənə davam etdirilib, Milli Məclis sədrinin 1 müavini, 1 komitə sədri, 5 komitə sədrinin müavini, 1 komissiya sədrinin müavini müxalifət partiyalarından seçiliblər. Qeyd olunanları danmaq yalnız qərəzli yanaşmanın təzahürü ola bilər”.

Bütün tərəflər siyasi dialoqda fəal iştirak etməlidirlər

Şöbə müdiri bildirib ki, qısa müddət ərzində siyasi partiyalarla qarşılıqlı ittihamlar və etibarsızlıq mühitindən açıq müzakirələr və rasional münasibətlər səviyyəsinə çatılıb: "Bu cür prinsipial əhəmiyyət daşıyan nailiyyətlər qorunmalı və gələcəkdə daha da inkişaf etdirilməlidir. Qeyd olunan vəzifəni icra etmək üçün bütün tərəflər siyasi dialoqda fəal iştirak etməlidirlər”.

Şöbə müdiri onu da vurğulayıb ki, açıqlamasında sadaladığı "ilklər” ölkəmizdə aparılan islahatların və bilavasitə yeni siyasi konfiqurasiyanın təzahürləridir: "Bu, məhz o ilklərdir ki, dayanıqlı demokratik ənənələrin inkişafını təmin edir. Biz heç bir halda əldə olunan tarixi uğurları risk altına qoya bilmərik. Hər kəs çox gözəl bilir ki, danışdığımız və uğurunda mübarizə apardığımız həmrəylik mühiti həmin bu riskləri minimuma çatdırır”.

Seçkidə iştirak edib, lakin parlamentdə təmsil olunmayan partiyalar da maliyyə yardımı alırlar

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, ölkəmizdə siyasi partiyaların inkişafına ayrılan ali diqqətin bariz nümunələrindən biri də, Milli Məclisdə təmsil olunan siyasi partiyaların fəaliyyətinin dövlət büdcəsindən maliyyələşdirilməsinin 2022-ci ildən başlayaraq 4 milyondan 5 milyona manata, 2025-ci ildən isə 6 milyon manata çatdırılmasıdır: "Həmçinin son parlament seçkilərində etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar da 2024-cü ilin IV rübündən etibarən dövlətdən maliyyə yardımı almağa başlamışlar. Heç şübhəsiz ki, bu amil ölkəmizdə partiya hərəkatının inkişafını daha da stimullaşdıracaq. 11 siyasi partiyanın parlamentdə təmsil olunması o deməkdir ki, hər hansı bir konkret qanun layihəsinin hazırlanmasında 11 müxtəlif yanaşma və düşüncə paradiqmasından istifadə olunur. Qazanan tərəf isə yalnız Azərbaycan cəmiyyəti və dövləti olur, parlamentdə fikir müxtəlifliyinin mövcudluğu üçün mükəmməl zəmin yaranır”.
 
///apa
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür
13:20 19.06.2026
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür