Prezident Dövlət Bayrağı Meydanı ətrafında aparılan işlərin gedişini yoxlayıb

Prezident Dövlət Bayrağı Meydanı ətrafında aparılan işlərin gedişini yoxlayıb
Bütün Xəbərlər
01:27 29.08.2011
1414

Prezident İlham Əliyevinavqustun 28-də Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanı ətrafında olan 2-4-cü kilometrliyində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub. (AzərTAc) Tikintinin layihəsi barədə Prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, layihə üzrə yolun bu hissəsinin ümumi uzunluğu 2,8 kilometr, eni isə 41,50 metr olacaq. Səkkiz hərəkət zolağından ibarət olacaq yeni yol cənub və cənub-qərb istiqamətində nəqliyyatın paytaxta rahat giriş və çıxışını tam təmin edəcək. Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı Meydanı ətrafından keçən bu hissəsində piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə 4 yeni piyada keçidi inşa olunur. İnşaat və dizayn işləri ən müasir standartlara uyğun olaraq yüksək zövqlə həyata keçirilir. Bakı-Ələt avtomobil yolunun 2-4-cü kilometrlik hissəsində aparılan inşaat işləri ilə paralel olaraq Dənizkənarı Milli Parkın genişləndirilərək Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi layihəsi də uğurla icra edilir. Xatırladaq ki, 2011-ci il martın 9-da Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirədə Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər genişləndirilməsi, burada abadlıq və quruculuq işlərinin aparılması ilə bağlı tapşırıqlar vermişdi. Layihənin icrasını daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti görülən işlərlə yerindəcə tanış olub. Burada həyata keçirilən inşaat işləri barədə dövlət başçısına məlumat verilibi. Bildirilib ki, layihəyə uyğun olaraq Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılacağı nəzərdə tutulur. Burada əhalinin istirahəti üçün lazım olan bütün şəraitin yaradılacağı qeyd edilib. Bir əsrdən çox yaşı olan məşhur Bakı bulvarı 2011-cu ildən yeni inkişaf mərhələsinə qədəm qoyub. Daha sonra Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərinin gedişi ilə bir daha tanış olub. Dövlətbaşçısı burada aparılan inşaat işləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

OXŞAR XƏBƏRLƏR