Prezident İlham Əliyev Azər Paşa Nemətovun ölümü ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev Azər Paşa Nemətovun ölümü ilə bağlı nekroloq imzalayıb
MƏDƏNİYYƏT
16:00 10.04.2023
656

Prezident İlham Əliyev Azər Paşa Nemətovun ölümü ilə bağlı nekroloq imzalayıb.

AZXEBER.COM-un xəbərinə görə, nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan teatr sənətinin tanınmış nümayəndəsi, görkəmli rejissor, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Azər Paşa Zəfər oğlu Nemətov 2023-cü il aprelin 9-da ömrünün 76-cı ilində vəfat etmişdir.

Azər Paşa Nemətov 1947-ci il avqustun 13-də Bakı şəhərində anadan olmuşdur. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra o, 1965–1970-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1967-ci ildən Azərbaycan Respublikası Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsində rejissor assistenti kimi başlayan Azər Paşa Nemətov 1970–1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda assistent olmuş, 1973–1974-cü illərdə isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor işləmişdir. O, 1974–1976-cı illərdə indiki Sankt-Peterburq şəhərində Leninqrad Gənc Tamaşaçılar Teatrında rejissor-stajor olaraq çalışdıqdan sonra 1977-ci ildə Bakıya qayıdaraq fəaliyyətini yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında davam etdirmiş və burada 1990-cı ilədək quruluşçu rejissor, baş rejissor və bədii rəhbər vəzifələrində çalışmış, 1990–1992-ci illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında quruluşçu rejissor olmuş, 2015-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri – baş rejissoru, 2016-cı ildən isə Teatrın bədii rəhbəri – direktoru vəzifəsini tutmuşdur.

Azər Paşa Nemətov 1992-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri seçilərək ömrünün sonunadək İttifaqa rəhbərlik etmişdir.

Azərbaycan teatr sənətinin inkişafında Azər Paşa Nemətovun yüksək ictimai məsuliyyət hissinə malik və müasir teatr texnologiyalarını ustalıqla mənimsəmiş sənətkar kimi özünəməxsus xidmətləri vardır. Milli Dram Teatrının səhnəsində onun Azərbaycan və dünya dramaturji irsinin dəyərli nümunələrinə quruluş verdiyi tamaşalar daim özünün parlaq rejissor həlli ilə seçilmiş, yenilikçi ruhu sayəsində teatr mühitində rəğbətlə qarşılanmış və mütəxəssislər tərəfindən layiqli qiymətini almışdır. Həmin tamaşalar ölkəmizin hüdudlarından kənarda keçirilən müxtəlif festival və müsabiqələrdə də uğurla nümayiş etdirilmişdir.

Azər Paşa Nemətov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş, tədris etdiyi rejissorluq sənətinin əsaslarını yetirmələrinə mənimsətmək üçün qüvvə və bacarığını əsirgəməmişdir.

Respublikanın mədəni-ictimai həyatının fəal iştirakçısı olan Azər Paşa Nemətovun Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik etdiyi illərdə ölkənin teatr həyatında bir çox təqdirəlayiq işlər görülmüşdür.

Azər Paşa Nemətovun Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1987-ci ildə "Əməkdar incəsənət xadimi” və 2002-ci ildə "Xalq artisti” fəxri adlarını almış, 2007-ci ildə müstəqil Azərbaycanın ali mükafatlarından olan "Şöhrət”, 2017-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə” və 2022-ci ildə "Şərəf” ordenləri ilə təltif edilmişdir.

Görkəmli sənətkar, mahir pedaqoq və səmimi insan Azər Paşa Zəfər oğlu Nemətovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nekroloqu imzalayanlar:

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Anar Rzayev

Firəngiz Əlizadə

Fərhad Xəlilov

Şəfiqə Məmmədova

Rasim Balayev

Hacı İsmayılov.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kanalda batan yeniyetmənin meyiti tapıldı
17:53 06.08.2026
Kanalda batan yeniyetmənin meyiti tapıldı
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
17:40 06.08.2026
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
17:29 06.08.2026
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
17:27 06.08.2026
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
17:23 06.08.2026
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
17:17 06.08.2026
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
17:10 06.08.2026
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
16:52 06.08.2026
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
16:42 06.08.2026
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
16:35 06.08.2026
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
16:27 06.08.2026
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
16:20 06.08.2026
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
16:18 06.08.2026
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
16:08 06.08.2026
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB