Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib

Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib
SİYASƏT
11:12 21.09.2025
239
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidentini Zati-aliləri xanım Miriam Spiteri Debonoya məktub ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:

"Hörmətli xanım Prezident,

Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Malta arasında dostluq münasibətlərinin inkişafı, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.
OXŞAR XƏBƏRLƏR