Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin İsmayıllıdakı abidəsini ziyarət edib – YENİLƏNİB+FOTO

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin İsmayıllıdakı abidəsini ziyarət edib – YENİLƏNİB+FOTO
SİYASƏT
19:03 29.07.2020
1352

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da İsmayıllı rayonuna səfəri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

AZXEBER.COM azertac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyub.

Rayonda görülən abadlıq işləri, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov dedi:

 

-Cənab Prezident, cəlb etdiyimiz bir investisiya barədə Sizə məlumat vermək istərdim. İvanovka kəndində böyük karamel fabriki və un məmulatları fabriki yaradılıb. Artıq xeyir-duanızı gözləyirik.

Prezident İlham Əliyev: Kəndin içindədir?

Nahid Bağırov: Bəli, kəndin içindədir, gözəl dizaynı var. Burada 200-dən çox insan işləyir.

Prezident İlham Əliyev: Konfet istehsal edirlər?

Nahid Bağırov: İris, konfet və un məmulatları. Cənab Prezident, İvanovka kəndində taxıl üzrə məhsuldarlıq keçən illə müqayisədə 2 dəfə yarım artıb. Keçən il hər hektardan 11 sentner idi, bu il artıq 28 sentnerdir.

Prezident İlham Əliyev: Nəyin hesabına? Yeni texnologiyaların və texnikanın?

Nahid Bağırov: Yeni texnologiyaların, azotun və digər gübrələrin düzgün, vaxtında verilməsi hesabına.

Prezident İlham Əliyev: Prinsipcə orada 28 sentnerdən artıq ola bilər. Əgər orada suvarma layihələri icra olunarsa, onda məhsuldarlıq artar.

Nahid Bağırov: Qara torpaqları var.

Prezident İlham Əliyev: Ümumiyyətlə, İsmayıllının torpağı çox yaxşıdır, münbitdir. Bəs orta məhsuldarlıq nə qədərdir?

Nahid Bağırov: Keçən il 35 sentner idi, bu il 36 sentnerə yaxın olacaq.

Prezident İlham Əliyev: Yaxşıdır. Bəs digər işlər necədir?

Nahid Bağırov: Cənab Prezident, bundan başqa, "Coca-Cola” və "Efes” zavodları ilə danışıqlar aparırıq. Artıq gəliblər, geoloqlarımız araşdırıblar, demək olar ki, 80 faiz razılıq veriblər, pandemiya dövrünün qurtarmağını gözləyirik.

Prezident İlham Əliyev: Zavodun tikintisinə investisiya qoyacaqlar?

Nahid Bağırov: Bəli. "Coca-Cola” və "Efes” zavodları. Onlar bir qrup olduğu üçün istəyirlər ki, ikisi də bir yerdə olsun. Artıq yer də ayırmışıq.

Prezident İlham Əliyev: Çox yaxşı. Bu, yeni dayanacaqdır?

Nahid Bağırov: Bəli, cənab Prezident. Bunu ilk dəfə olaraq İsmayıllıda tətbiq etdik.

Prezident İlham Əliyev: Gözəldir.

Nahid Bağırov: Bundan şəhərimizdə üç yerdə qoymağı nəzərdə tutmuşuq. Həmçinin elektrobus da sifariş etmişik. Yeni dayanacaq səkkiz oturacaqlıdır. Bu, yerli məhsuldur, cənab Prezident.

Prezident İlham Əliyev: Bu, harada istehsal olunur?

Nahid Bağırov: Azərbaycanda, Balaxanıda, texnoparkda.

Prezident İlham Əliyev: Texnoparkda?

Nahid Bağırov: Bəli, cənab Prezident, icazə versəniz, bunun filialını İsmayıllıda açardıq. Sahibkar özü də istəyir.

Prezident İlham Əliyev: Əlbəttə, açın, həm buranı, həm də ətraf rayonları nəzərə alın. Düzdür, indi turizm yoxdur, amma karantin bitsin, hesab edirəm ki, daxili turizmlə bağlı yaxşı işlər görüləcək.

Nahid Bağırov: Artıq onunla da bağlı işlərə başlamışıq.

Prezident İlham Əliyev: Çox yaxşı.

Nahid Bağırov: Çox sağ olun, cənab Prezident.

11:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da İsmayıllı rayonuna səfəri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

Dövlətimizin başçısı Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyub.








OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
00:32 13.10.2026
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Sabiq kansler prezident oldu
00:24 13.10.2026
Sabiq kansler prezident oldu
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
00:16 13.10.2026
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
“Real Madrid”in ulduzu bu komandaya gedir
00:09 13.10.2026
“Real Madrid”in ulduzu bu komandaya gedir
Bakıda ət niyə baha satılır? - VİDEO
00:03 13.10.2026
Bakıda ət niyə baha satılır? - VİDEO
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
23:56 12.10.2026
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
23:52 12.10.2026
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
23:41 12.10.2026
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
23:36 12.10.2026
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
23:29 12.10.2026
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
23:25 12.10.2026
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
Paytaxtın bu ərazilərində işıq olmayacaq
23:16 12.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
23:07 12.10.2026
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Bəxtsizlik seriyası sona çatacaq: yaxın günlərdə şanslı olacaq BÜRCLƏR
22:59 12.10.2026
Bəxtsizlik seriyası sona çatacaq: yaxın günlərdə şanslı olacaq BÜRCLƏR
Qazaxıstan Səudiyyə Ərəbistanındakı vətəndaşlarına xəbərdarlıq edib
22:50 12.10.2026
Qazaxıstan Səudiyyə Ərəbistanındakı vətəndaşlarına xəbərdarlıq edib
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib
22:43 12.10.2026
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib