Prezident yeni təhsil naziri ilə bağlı sərəncam verib. AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamla Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının təhsil naziri təyin edilib: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının təhsil naziri təyin edilsin..”