Prezident sabah Sərəncam imzalayacaq

Prezident sabah Sərəncam imzalayacaq
SİYASƏT
23:13 11.08.2026
167
Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramında Naxçıvana aid xüsusi bir hissənin olduğunu xatırladıb və sabah əlavə tədbirlər barədə Sərəncam imzalayacağını açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə zamanı bildirib.

"Bu ilin may ayında kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramında Naxçıvana aid xüsusi bir hissə var və bu göstərişlər verildi. Yəni bununla yanaşı, əlavə tədbirlərin görülməsi üçün sabah mənim tərəfimdən növbəti Sərəncam imzalanacaq. Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq, orada konkret layihələr göstəriləcək. Əlbəttə, lazımi nəzarət də təmin ediləcək ki, burada işlər daha da sürətlə getsin".
OXŞAR XƏBƏRLƏR