Prezident “Sabah”a 5 milyon ayırdı

Prezident “Sabah”a 5 milyon ayırdı
MANŞET
15:58 27.08.2026
332

Azərbaycan Prezidentinin ehtiyat fondundan "Sabah” futbol klubuna 5 milyon manat ayrılıb.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzayalıb.

Sərəncama əsasən, UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan "Sabah” futbol klubuna 5,0 (beş) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

OXŞAR XƏBƏRLƏR