Prezidentdən qəti xəbərdarlıq: “Bu plana imkan verməyəcəyik!” - Təhlil

Prezidentdən qəti xəbərdarlıq: “Bu plana imkan verməyəcəyik!” - Təhlil
SİYASƏT
14:47 18.11.2022
432
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən deyib: "Ermənistan, əslində, istədiyini açıq şəkildə elan edir”.

"Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”, – Prezident bildirib.

Prezident açıq şəkildə söyləyib ki, rəsmi Bakı Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır, lakin bu, rusların planına uyğun deyil. Yəni indiki məqamda Rusiya ermənilərlə təmasa mane olur. Belə ki, Rusiya separatçı-terrorçu rejimi açıq şəkildə müdafiə edir. Hazırda isə separatçıların lideri Arayik Arutyunyanı Ruben Vardanyan ilə əvəzləməyi düşünür. Düzdür, "Vardanyan layihəsi”nin əsas məqsədi tam başqa olsa da, birinci mərhələdə onun separatçıların lideri postuna gətirilməsi də istisna deyil.

Bakı bu və ya başqa formada separatçı-terrorçu rejimi "erməni əhalisinin nümayəndəsi” kimi qəbul etmir. Arayik və ya Vardanyan – kim olur, olsun, Bakı belə bir danışığa getməyəcək.

Prezidentin Vardanyan məsələsini Aİ elçisini qəbul edərkən dilə gətirməsi isə birbaşa Kremlə mesajdır: "Vardanyan planı”na imkan verməyəcəyik!

Azərbaycan dövləti Qarabağdakı ermənilərin hüquqları mövzusunu Vardanyanla və ya Nikol Paşinyanla deyil, məhz elə Qarabağ erməniləri ilə təmasları davam etdirməklə müzakirə etməkdə maraqlıdır.

Qarabağda yaşamaq istəyən ermənilər Azərbaycan qanunlarını qəbul etməlidir, əks halda bölgəni tərk etməli olacaqlar. İndiki məqamda ölkə başçısı Qarabağ erməniləri ilə dialoqun başlandığını deyir. Bu, mürəkkəb proses olacaq. Bakı heç bir halda qarşı tərəfə güzəştə getməməlidir, getməyəcək də.

Politoloq Turan Rzayev
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
19:05 07.10.2026
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
19:00 07.10.2026
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
18:40 07.10.2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
18:27 07.10.2026
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
18:14 07.10.2026
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
18:06 07.10.2026
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:57 07.10.2026
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
17:49 07.10.2026
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
17:39 07.10.2026
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
17:22 07.10.2026
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
“Messi futboldan gedir, amma...”
17:07 07.10.2026
“Messi futboldan gedir, amma...”
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
17:05 07.10.2026
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
16:56 07.10.2026
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB
16:55 07.10.2026
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB
Türkiyədə gəmi qəzasında itkin düşənlərdən daha birinin meyiti tapıldı
16:47 07.10.2026
Türkiyədə gəmi qəzasında itkin düşənlərdən daha birinin meyiti tapıldı
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
16:41 07.10.2026
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman