Prezidentə danışmağa imkan vermədilər

Prezidentə danışmağa imkan vermədilər
DÜNYA
21:25 18.03.2012
2610
Asif Əli Zərdarinin çıxışına etiraz edən müxalifətçilər onun sözlərini kəsməyə çalışıblar Pakistan prezidenti Asif Əli Zərdari parlamentdə çıxışı zamanı müxalifət nümayəndələrinin kəskin etirazları ilə qarşılaşıb. A. Ə. Zərdarinin Pakistanda demokratiyanın dünya ölkələrinə nümunə olduğu sözlərinə etiraz edən müxalifət nümayəndələri, hökuməti talançı və soyğunçu adlandırıblar. Bəzi müxalifət nümayəndələri yüksək səslə danışaraq Pakistan prezidentinin sözlərini kəsməyə çalışıblar. Digərləri isə etirazlarını parlamenti tərk etməklə bildiriblər. Çıxışı zamanı Zərdari bildirib ki, Pakistan hökuməti demokratiya yolunda əsaslı addımlar atıb.
OXŞAR XƏBƏRLƏR