AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də “Rossiya-24” telekanalının aparıcısıEvelina Zakamskayaya müsahibə verib. Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər, regional əməkdaşlıq, ölkəmizin iqtisadi inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlərlə bağlı sualları cavablandırıb.