ABŞ prezidenti Barak Obamanın əmisi Onianqo Obama ötən həftə sərxoş halda avtomobil idarə etdiyinə görə Massaçusets ştatında saxlanılıb. Bu barədə ABŞ kütləvi informasiya vasitələri məlumat verir.
Məlumata görə, 67 yaşlı keniyalı avqustun 24-də idarə etdiyi avtomobillə az qala polis patrul avtomobili ilə toqquşacaqmış. Polisin yoxlaması nəticəsində prezidentin əmisinin qanında alkoqolun səviyyəsinin icazə verilən miqdardan artıq olduğu üzə çıxıb. Bundan başqa, Onianqo Obamanın ABŞ-ın ərazisində qanunsuz şəkildə qalması da aşkara çıxıb. Belə ki, o, hələ bir qədər öncə Keniyaya deportasiya olunmalı imiş.