Prezidentin qızları ziyana düşdü

Prezidentin qızları ziyana düşdü
MARAQLI
20:33 09.12.2011
3304
İsveçrədə çap olunan “Bilan” biznes dərgisi hər il 300 ən varlı adamın siyahısını dərc edir. Son beş ildə jurnalın tərtib etdiyi siyahılarda Özbəkistanın prezidenti İslam Karimovun böyük qızı Gulnara Karimovanın da adı düşürdü. Bu il isə ora Karimovun kiçik qızı, Özbəkistanın UNESCO-dakı səfiri Lola Karimovanın da adı əlavə olunub.Bacılar 200 milyon itirdilər, amma hələ milyardları varGulnara və Lola bacılarının hədsiz var-dövlətə sahib olmaları əslində təzə xəbər deyil. Yeni olan budur ki, jurnalın dekabrın 2-də yaydığı hesabata görə bu bacılar son bir ildə xeyli pul itiriblər.Luzannada çap olunan rusdilli “Nasha Qazeta” yazır ki, Karimova bacıları son bir ildə azı 200 milyon dollar ziyandadırlar. Bunun səbəbi haqqında məlumat yoxdur.“Bilan” jurnalına görə də bacılar 2011-ci ildə biznesi ən çox zəifləyən supervarlılar siyahısındadırlar. Amma dərgi hesab edir ki, itkiləri olsa da bu qadınların əlində hələ də azı 1 milyard dollar var.Bu rəqəm dərhal sual yaradır ki, ......prezidentin qızlarında bu qədər pul hardandır?​​
Gulnara Karimova Londonda Elton John-un keçirdiyi balda, iyun 2011
​​Bunun bir hissəsi ola bilər ki, Karimov klanının sahib olduğu Zeromax şirkətindən qazanıla bilər. Özbəkistanın ən böyük özəl şirkəti olan Zeromax Karimov ailəsinin və onlara yaxın olan adamların ən böyük gəlir mənbəyi hesab edilir.Özbəkistanda iqtisadiyyatın bütün sahələrinə nəzarət edən bu şirkəti məlum olmayan səbəblərdən 2010-cu ildə dövlət alıb.Prezidentin “hamının zəhləsi gedən” zəngin qızı“The Guardian” Özbəkistandakı ABŞ diplomatlarının şəxsi qiymətləndirmələri kimi yazırdı ki, Gulnara Karimova bu ölkədə az qala hamının zəhləsi gedən bir şəxsdir.WikiLeaks saytı vasitəsilə yayılan səfirlərin gizli məktublarına istinad edən qəzet yazır ki, Özbəkistanda Gulnaranı oğrular baronu kimi xarakterizə edirlər. İddiaya görə bu xanım ona boyun əyməyən biznes sahiblərinin hamısını dövlət aparatı vasitəsilə cəzalandırır.Gulnara həm də bəzi kriminal dairələrlə əlaqədə ittiham edilir. “The Guardian” Daşkənddəki ABŞ səfirliyindən yazıldığı iddia edilən gizli məktublara istinadla bildirir ki, bu xanım yerli mafioz dairələrdəki əlaqələri vasitəsilə ölkədəki xam neft layihələrində də pay ələ keçirir.Lola 14 milyon dollarlıq malikanəyə niyə 46 milyon verib?​​Bu yaxınlarda Gulnaranın kiçik bacısı Lola da Britaniya mətbuatına mövzu olub. "The Daily Mail" dekabrın 4-də xəbər verib ki, Lola Karimova və onun əri Timur Tillayevin adı Cenevrə yaxınlığında dəyəri 46 milyon dollar olan bir malikanənin qapısında yazılıb.
Lola Karimova əri Timur Tillyaevlə birgə.
İsveçrədəki bu ev Britaniya mediasının diqqətini ona görə çəkib ki, evi satan da yaxınlarda Londona geri dönən Britaniya İşçi Partiyasının maliyyə dəstəkçisi Andrew Rosenfelddir. Rosenfeld 2009-cu ildə həmin evi cəmi 14 milyon dollara alıbmış.Bircə il sonra isə onu Lola Karimovaya 46 milyon dollara sataraq azı 30 milyon dollar qazanc əldə edib.Qaranlıq olan odur ki, Karimova və onun əri birdən-birə niyə həmin malikanəyə bazar dəyərindən az qala iki dəfə yuxarı pul veriblər.Britaniyanın Daşkənddəki keçmiş səfiri və hazırda hökumətin kəskin tənqidçisi olan Craig Murray bildirir ki, adətən bazar dəyərindən yuxarı olan bu cür sövdələşmələr pul yumaq üçün olur. Yəni, əslində iri məbləği alan adam pulun bir hissəsini qaytarıb geri verir.Kiçik Karimovanın qazanc mənbəyi isə Özbəkistana Çindən mal gətirən Abu Sahiy şirkətindədir. AzadlıqRadiosunun araşdırmalarına görə Abu Sahiy ilk dəfə Karimovanın paya sahib olduğunu açıq nümayiş etdirib və bu şirkət Çindən mal gətirilməsi sahəsində faktiki monopoliyaya sahibdir.
//Azadliq Radiosu 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir