"Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır"

"Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır"
SİYASƏT
18:03 19.06.2019
3778
Xalqımız bu addımları böyük ruh yüksəkliyi ilə qarşılayır Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı iyunun 18-də imzaladığı sərəncamlar bir daha göstərdi ki, dövlətimizin başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.
 
Bu sözləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov söyləyib. Elman Nəsirov qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev hələ keçən ilin aprel ayında keçirilmiş prezident seçkilərindən sonra çox geniş islahatlar paketinin həyata keçiriləcəyini, xüsusilə də sosialyönümlü ciddi addımların atılacağını demişdi. 2019-cu ilin fevralında Prezidentin imzaladığı Sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırıldı və yaşayış minimumu ilə eyniləşdirildi.
 
İndi isə Prezident İlham Əliyevin yeni Sərəncamı ilə minimum əməkhaqqı 40 faiz artırılaraq 180 manatdan 250 manata qaldırıldı. İl ərzində fevral ayından indiyə kimi iki dəfə minimum əməkhaqqı yüksəlmiş oldu. Beləliklə, əhalinin alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB ölkələri arasında ikinci yerə yüksəlmiş oldu. Bu, çox ciddi nailiyyətdir və Azərbaycanda əhalinin rifahı üçün atılmış böyük addımdır. Eyni zamanda, minimum aylıq əməkhaqqının 250 manata qaldırılması bu tarif cədvəlində qrafalar üzrə maaşların artımını təmin edəcək. Bu artım bütün sahələrdə öz əksini tapacaq. "Dünən imzalanan sərəncamlarla hüquq-mühafizə orqanları, hərbi, elm və təhsil sahələrində işləyən insanların əməkhaqları artırılıb. Bu addım Azərbaycanda vətəndaşların yaşayış tərzinin, onların həyat səviyyəsinin daha da yaxşılaşmasına xidmət göstərir. Eyni zamanda, yaxın zamanlarda dövlətimizin başçısının bu istiqamətdə yeni addımlarının şahidi olacağıq.
 
Xalqımız bu addımları böyük ruh yüksəkliyi ilə qarşılayır. Bu, bir daha onu göstərir ki, Azərbaycandakı əmin-amanlığın, vətəndaş həmrəyliyinin, səfərbər olmuş cəmiyyətin kökündə dayanan fundamental səbəb xalq-hakimiyyət birliyidir, Azərbaycan Prezidentinin məhz xalqın mənafeyindən irəli gələn siyasət həyata keçirməsidir. Bunlar Azərbaycanı gücləndirir. Ölkəmiz yeni-yeni hədəflərə doğru irəliləyir. Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının sosial rifahının daha da möhkəmləndirilməsi istiqamətində atdığı bu addımlar cəmiyyətimizdə böyük ruh yüksəkliyi ilə qarşılanıb”, - deyə Milli Məclisin deputatı vurğulayıb. (Azərtac)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
20:50 25.06.2026
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
20:42 25.06.2026
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi
20:39 25.06.2026
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi