Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”

Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”
SİYASƏT
16:02 08.10.2026
184

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 8-dəTürkmənistana işgüzar səfərəgedib. 

Səfərin Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı, xüsusilə siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacağı gözlənilir. 

Bəs Prezident İlham Əliyevin Türkmənistana səfərindən hansı əsas nəticələrin əldəolunması gözlənilir? Səfər çərçivəsində hansı məsələlərin müzakirəediləcəyi və yeni razılaşmaların əldəolunması mümkündür? 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycan vəMərkəzi Asiya ölkələri arasında əməkdaşlıq artıq dünya miqyasında formalaşmış mühüm geosiyasi və geoiqtisadi reallığa çevrilir:

"Azərbaycanda və Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşü artıq yavaş-yavaşdünya miqyasında da oturuşmuş bir format kimi qarşılanır. Çünki iki cinah, yəni bir yandan Cənubi Qafqaz, digər yandan isə Mərkəzi Asiya artıq demək olar ki, vahid geosiyasi və geoiqtisadi məkan formalaşdırıb.

Təbii ki, bu proses birdən-birə yaranmayıb. Uzunmüddətli və ardıcıl fəaliyyət nəticəsində bu reallıq ərsəyə gəlib. Bunun əsas drayveri isəAzərbaycan olub. Azərbaycan dövlətinin vacib istiqamətlərdəfəallığı, nəqliyyat-kommunikasiya şəbəkələrinin yaradılması, digər tərəfdən energetika sahəsində formalaşanəməkdaşlıq artıq beləbir reallıq yaradıb ki, mövcud şəbəkəyəyeni əlaqələrinəlavə olunması qaçılmaz olub”.

 

 

Politoloqun sözlərinəgörə, Azərbaycan Prezidentinin diplomatiyası Cənubi Qafqazla Mərkəzi Asiyanın yaxınlaşmasında mühüm rol oynayıb:

"Hazırda dünya miqyasında beynəlxalq mərkəzlər vəaraşdırma qurumları Cənubi Qafqazla Mərkəzi Asiyanı bir vahid region kimi qiymətləndirirlər. Burada yenə dəAzərbaycanın özünəməxsus rolu və Prezident İlham Əliyevin diplomatiyası həqiqətən aparıcı rol oynayıb. 

Prezident İlhamƏliyev də bu yaxınlarda bildirib ki, biz qonşularımızla, daha sonra isə qonşularımızın qonşuları ilə münasibətlər qurmağa həmişəhazırıq. Bu, son dərəcəvacib məqamdır. Çünki region ölkələrinin açıq dənizlərəvəokeanlara birbaşa çıxışı yoxdur. Buna görədəbeynəlxalq daşımaların, iqtisadi münasibətlərin inkişafında və mal dövriyyəsinin artırılmasında öz coğrafi mövqeyimizə arxalanmalıyıq”. 

T. Abbasov qeyd edib ki, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi region ölkələri üçün yeni iqtisadi imkanlar yarada bilər:

"Bu baxımdan artıq zəncirvari proses yaranır və onun bütün həlqələri bir-birini tamamlamalıdır. Burada Azərbaycan üçün əsas məsələlərdən biri ondan ibarətdir ki, biz təbii olaraq daşımalar imkanından istifadə edirik və bu həcmlər getdikcəartır. 

Lakin bizim üzərimizdən keçən mallar da var ki, onları özümüz də idxal etməklə, dərin emal prosesinəcəlb etməklə ölkəmizin qazancını və mənfəətini artıra bilərik. Bu, əlbəttə ki, qarşılıqlışəkildə həllini tapan məsələdir. 

Hesab edirəm ki, bu istiqamətdəhəqiqətən dədövlətlərimiz bir-birini tamamlayır. Eyni zamanda, unutmamalıyıq ki, vaxtiləQarabağ münaqişəsinin açıq vəziyyətdəqalması böyük proseslərin qarşısını alırdı. Bu, öz növbəsində, xüsusi əhəmiyyətli rol oynayırdı. 

Məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində Qarabağproblemi həll edildi, ölkəmizin tam suverenliyi bərpa olundu. Eyni zamanda, bütün dünyaya bəyan etdik ki, biz beynəlxalq hüququn qaydalarını pozmadan, dünya qanunvericiliyinin çərçivəsində öz məsələlərimizi həll etmişik”. 

T. Abbasovun sözlərinəgörə, bu reallıq Azərbaycanın vəregion ölkələrinin təhlükəsizlik və əməkdaşlıq imkanlarına da təsir edib:

"Bu artıq həm bizə, həm dəqonşularımıza əminlik gətirir. Digər tərəfdən, təhlükəsizliyimizin də yeni mərhələyəçıxmasını qaçılmaz etdi. Ona görədəbizim qələbəmizdən sonra demək olar ki, Mərkəzi Asiya dövlətləri özünəməxsus fəallıq impulsu aldılar vəbunu adekvat şəkildə reallaşdırmağa başladılar. Hesab edirəm ki, bu proseslərdə,əlbəttə, dövlət rəhbərləri arasında siyasi dialoqun, onların vaxtaşırı görüşlərinin, beləgörüşlərin tezliyinin artırılmasına böyük ehtiyac var. Çünki məsələlər tez-tez cərəyan edir, yeni çağırışlar vəyeni təkliflər ortaya çıxır. Onları bir neçə istiqamətdəinkişaf etdirmək vəyeni imkanlardan istifadəetmək üçün mütləq qarşılıqlı əlaqələr olmalıdır. Burada birgə vəahəngdar, koordinasiyalı iş mütləqdir. Hesab edirəm ki, bu istiqamətdəbiz həqiqətən dəmüttəfiqlərimizlə yüksək səviyyəli etimad amilinə malikik. Onlar bir-birlərinəarxalanır vəbir yerdəbir-birlərini tamamlayırlar”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
17:19 08.10.2026
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
16:56 08.10.2026
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
Cəbrayılda mina partladı - Xəsarət alan var
16:42 08.10.2026
Cəbrayılda mina partladı - Xəsarət alan var
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
16:34 08.10.2026
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
16:32 08.10.2026
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
16:25 08.10.2026
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
16:20 08.10.2026
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
16:19 08.10.2026
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
16:16 08.10.2026
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
16:08 08.10.2026
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
16:05 08.10.2026
Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”
16:02 08.10.2026
Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”
Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev kimdir? – DOSYE
15:47 08.10.2026
Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev kimdir? – DOSYE
Yusif Yusifov vəzifəsindən azad olundu - Prezidentdən yeni təyinat
15:46 08.10.2026
Yusif Yusifov vəzifəsindən azad olundu - Prezidentdən yeni təyinat
“Azərbaycanın sədrliyi yeni əməkdaşlıq imkanları yaradacaq”
15:31 08.10.2026
“Azərbaycanın sədrliyi yeni əməkdaşlıq imkanları yaradacaq”
Könül Nurullayeva: Azərbaycanın Mərkəzi Asiyada rolu daha da güclənir
15:08 08.10.2026
Könül Nurullayeva: Azərbaycanın Mərkəzi Asiyada rolu daha da güclənir