Prokurorluq: “Aksiyada İctimai Palatanın 23 üzvü saxlanılıb”

Prokurorluq: “Aksiyada İctimai Palatanın 23 üzvü saxlanılıb”
Bütün Xəbərlər
16:23 19.06.2011
1275
Baş Polis İdarəsindən daxil olan məlumatda bildirilir ki, Özünü İctimai Palata adlandıran quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyalarının üzvləri 2011-ci il iyunun 19-da paytaxtın müxtəlif yerlərində toplantıların təşkili və keçirilməsi qaydasını və ictimai asayişi pozan hərəkətlərə yol veriblər.

Əksəriyyəti Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvləri olan bu qanunsuz aksiyanın iştirakçıları saat 17.00-dan başlayaraq, ayrı-ayrı kiçik qruplarla əhalinin dincliyini, hüquq və azadlıqlarını, şəhər nəqliyyatının normal fəaliyyətini pozub, onları hüquq qaydasına riayət etməyə dəvət edən polis əməkdaşlarına müqavimət göstərib, xırda xuliqanlıq əməlləri törədib.

OXŞAR XƏBƏRLƏR