Prokurorluq Gədəbəydə baş verən ölümün təfərrüatı barədə məlumat yaydı

Prokurorluq Gədəbəydə baş verən ölümün təfərrüatı barədə məlumat yaydı
SOSİAL
18:46 26.07.2021
469
İyulun 25-i saat 18:00 radələrində Gədəbəy rayon, Novosaratovka kənd sakini 2004-cü il təvəllüdlü Ceyhun Paşayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə AZXEBER.COM-a Gədəbəy rayon prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Ceyhun Paşayev yaşadığı kənddə Gədəbəy Telekommunkasiya Qovşağına məxsus taxta materialdan olan rabitə dayağının üzərinə bərkidilmiş məftildən tutarkən elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR