Putin bu vaxtdan sonra Ukraynaya hücumları gücləndirməyi planlaşdırır

Putin bu vaxtdan sonra Ukraynaya hücumları gücləndirməyi planlaşdırır
DÜNYA
01:00 04.11.2026
272
Rusiya ABŞ prezidenti Donald Trampın Ukraynanı Moskvanın şərtləri ilə sülh sazişi imzalamağa məcbur edə biləcəyinə artıq inanmır. Bu səbəbdən Kreml ABŞ-da keçirilən aralıq seçkilərdən sonra Ukraynaya hücumları gücləndirməyi planlaşdırır.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, respublikaçılar Konqres seçkilərində demokratlara uduzsa, Trampın siyasi mövqeləri zəifləyə bilər. Bu isə onun Ukrayna prezidenti Volodimir Zelenskini güzəştlərə məcbur etmək imkanlarını məhdudlaşdıra bilər.

Agentlik onu da yazır ki, Putin müharibəni uzatmaq, Ukraynanın enerji infrastrukturuna hücumları artırmaq və Avropaya təzyiq göstərmək niyyətindədir.

OXŞAR XƏBƏRLƏR