Putin Pasxa atəşkəsinin uzadılması barədə göstəriş verməyib

Putin Pasxa atəşkəsinin uzadılması barədə göstəriş verməyib
DÜNYA
19:53 20.04.2025
137
"Pasxa atəşkəsi bu gün gecə yarısı başa çatacaq”.

Bu barədə "TASS”a dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Pasxa atəşkəsinin uzadılması ilə bağlı heç bir göstəriş verməyib.

Qeyd edək ki, Rusiya prezident Vladimir Putin ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimovun döyüş təmas xəttindəki vəziyyətlə bağlı məruzəsini dinləyib və bildirib ki, Rusiya tərəfi bütün döyüş əməliyyatlarını 19 aprel saat 18:00-dan 21 aprel saat 00:00-dək (Moskva vaxtı ilə) dayandıracaq.
 
///report
OXŞAR XƏBƏRLƏR