Qəddafi dövlət televiziyası ilə xalqa müraciət edib.
"Müəmmər Qəddafi elə post tutmur ki, onu tərk etsin. O, prezident deyil, o Liviya inqilabının lideridir və bu torpaqda şəhid olacaq" deyib.
Qəddafi həyat yolunu danışıb, Liviya üçün bir çox işlər gördüyünü deyib. O, çıxışında ABŞ-ı ittiham edib və Qərbin ölkəsinin neft ehtiyatlarına göz dikdiyini bildirib.
Qəddafi tərəfdarlarını küçələrə çıxmağa, onu müdafiə etməyə çağırıb.