Qafqaz Universiteti dünyanın ən yaxşı 64-cü universitetidir

GƏNCLİK
15:10 09.02.2012
2768
Qafqaz Universiteti Beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən yaxşı universiteti arasında 64-cü yerdə qərarlaşıb.Qafqaz Universitetindən bildirilib ki, QS World University Ranking beynəlxalq universitetlər reytinqi dünyada çoxları üçün başlıca mənbələrdən sayılır. Onun reytinqinin nəticələrindən dünyada 30 milyondan çox istifadəçi faydalanmaqdadır. QS-in rəsmi saytındakı 2011-ci il üzrə olan hesabatda müxtəlif indikatorlara görə universitetlərin beynəlxalq tələbə nisbətinə görə reytinqi açıqlanıb. Şərqi Avropa və Orta Asiyada fəaliyyət göstərən universitetlərin akademik reytinqi hesabatında, Qafqaz Universitetinin adı xüsusi qeyd olunub. Qeyd edək ki, Qafqaz Universiteti bu indikatora görə nəinki MDB məkanında, eyni zamanda Şərqi Avropa və Yaxın Şərqdə ilk universitetdir. 

OXŞAR XƏBƏRLƏR