Avropanın aparıcı klublarının transfer etmək istədiyi "Qalatasaray”ın ulduzu Viktor Osimhenlə bağlı diqqətçəkən hadisə baş verib.
AZXEBER.COM Türkiyə mediasına görə, "Qalatasaray" nigeriyalı hücumçunun transfer qiymətini 150 milyon avro müəyyənləşdirib.
Hazırda "Real Madrid”, "Barselona”, "Arsenal”, "Liverpul” və "Yuventus” kimi nəhənglərin Osimhen üçün yarışa girdiyi bildirilir.
Xüsusilə qeyd olunur ki, "Real Madrid” Osimhen kimi hücumçu axtarır və Kərim Benzemanın gedişindən sonra komandanın açıq-aşkar mərkəz hücumçusu boşluğu var.
Məlumata görə, futbolçu özü də Madrid klubuna getmək istəyir.











































