“Qalatasaray” derbidə “Fənərbağça”nı məğlub edib

“Qalatasaray” derbidə “Fənərbağça”nı məğlub edib
İDMAN
02:30 27.10.2026
181
Türkiyə Superliqasının IX turunda İstanbul derbisi keçirilib.

"Qalatasaray” doğma meydanda "Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edib.

Meydan sahiblərinin heyətində Viktor Osimhen 29-cu və 44-cü dəqiqələrdə fərqlənərək dubl edib. Qonaqların yeganə qolunu isə 62-ci dəqiqədə İrfan Can Kahveci vurub.

"Qalatasaray”ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakov 80 dəqiqə meydanda olsa da, məhsuldar ötürmə və ya qolla yadda qalmayıb.

Bu nəticədən sonra "Qalatasaray” 22 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbağça” isə 16 xalla beşinci pillədə qərarlaşıb.

Növbəti turda "Qalatasaray” oktyabrın 30-da səfərdə "Konyaspor”la, "Fənərbağça” isə oktyabrın 31-də doğma meydanda "Göztəpə” ilə qarşılaşacaq.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR