xari

“Qalatasaray”ın oyununa təyinat alan hakim koronavirusa yoluxdu

İDMAN
23:04 02.04.2021
198
Futbol üzrə Türkiyə Super Liqasının oyunlarına təyinat alan hakimlərdən üçündə koronavirus aşkarlanıb.

Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.

Koronavirus testi pozitiv çıxmış hakimlərdən ikisi əsas, biri isə köməkçi referidir. Adları açıqlanmayan şəxslər karantinə alınıb. Onların 10 günlük təcrid olunduğu diqqətə çatdırılıb.

Bununla əlaqədar Super Liqanın 32-ci turunun sabah keçirilməli olan "Hatayspor” – "Qalatasaray” matçının baş hakimi də dəyişdirilib. Qarşılaşma daha öncə Fırat Aydınusa tapşırılmışdı. Lakin "Qalatasaray”ın rəsmi saytının yaydığı məlumata görə, o, koronavirusa yoluxduğu üçün, təyinatı ləğv olunub. Sözügedən qarşlaşmanı Abdülkadir Bitigen idarə edəcək.

Aprelin 3-də keçiriləcək "Hatayspor” – "Qalatasaray” oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

OXŞAR XƏBƏRLƏR