"Qalatasaray" ulduz futbolçusu üçün bu qədər pul tələb edir

"Qalatasaray" ulduz futbolçusu üçün bu qədər pul tələb edir
İDMAN
12:03 04.05.2026
338
İngiltərənin "Aston Villa" və "Nyukasl Yunayted" klublarının hədəfində olan "Galatasaray"ın ulduz futbolçusu Qabriel Sara üçün "sarı-qırmızılı" klub 40 milyon avro transfer haqqı müəyyənləşdirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qabriel Sara mövsüm ərzində göstərdiyi performansla Avropa klublarının diqqətini cəlb edib.
 
Braziliya milli komandasına da dəvət alan ulduz yarımmüdafiəçi üçün Premyer Liqa klubları sıraya girib.

"Aston Villa" və "Nyukasl Yunayted" 26 yaşlı futbolçunu transfer etmək niyyətindədir. 

Məlumata görə, "sarı-qırmızılı" klub Sara üçün 40 milyon avro tələb edir. 

Qabriel Sara "Qalatasaray" forması ilə çıxdığı 42 matçda 6 qol və 5 asistlik performans sərgiləməyi bacarıb.
 
Əzizə Səfərova
OXŞAR XƏBƏRLƏR