"Hörmüz boğazı Vaşinqtonun təhdidləri ilə deyil, yalnız Tehranın irəli sürdüyü şərtlər yerinə yetirildiyi təqdirdə açılacaq".
AZXEBER.COM xəbər verir ki, bu barədə İran İslam Respublikasının Parlementinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Silahlı Qüvvələrinin ölkəyə endirdiyi yeni zərbələrdən sonra açıqlama verib.
"Əbəs yerə çırpınmağa dəyməz, əks halda daha dərinə batacaqsan: Hörmüz boğazı Amerikanın hədələri ilə deyil, yalnız İranla razılaşmalar icra olunduqda açılacaq", - deyə Qalibaf özünün "X" sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, ABŞ tərəfindən edilən təhdidlər və verilən vədlərin pozulması artıq nəticəsiz qalmır.
"Açıq deyirəm, əgər sən zərbə endirəcəksənsə, sənə də cavab zərbəsi endiriləcək", - deyə Qalibaf əlavə edib.











































