"Qanun"dan 3 möhtəşəm kitab – Yeni nəşrlər

"Qanun"dan 3 möhtəşəm kitab – Yeni nəşrlər
MƏDƏNİYYƏT
16:18 06.08.2014
2006
“Qanun” nəşriyyatı 3 yeni kitablar nəşr edib.AZXEBER.COM xəbər verir ki, onlardan biri dünya şöhrətli psixoloq, şəxsiyyətlərarası münasibətlər üzrə ekspert Barbara de Anjelisin “Hər bir kişinin qadınlar haqqında bilməli olduğu vacib sirlər” kitabını oxuculara təqdim edib. 
Nəzakət Ağayevanın tərcümə etdiyi 524 səhifəli kitabı oxuyan hər qadın özünü daha yaxşı dərk etməyi, kişilər isə partnyorunun məhəbbətə, seksə, ünsiyyət və yaxınlığa olan münasibətini anlaya biləcək. Siz bu kitabı oxumaqla təkcə özünüzü dərk etməyəcəksiniz, həm də həmişə xəyalı ilə yaşadığınız sevimli adamla münasibətlərinizi yüksək səviyyədə quracaqsınız.
Nəşriyyatın oxuculara təqdim etdiyi digər kitab isə Ralf Eppersonun “Gözəgörünməz əl” əsəridir. Yaşar Əsədovun tərcüməsində oxuculara təqdim edilən 676 səhifəlik kitabda siyasi elmlər üzrə mütəxəssis Ralf Epperson tarixi kor təsadüflərin ağılsız oyunu kimi yox, əvvəlcədən planlaşdırılan və məqsədyönlü təşkil olunan hadisələr kimi görür. Tarixi o, konspirasiya olunmuş insan qrupunun idarə etdiyi proses kimi göstərir. Kitabda Rotşildlər ailəsinin çoxəsrlik siyasi fəaliyyətindən az məlum olan faktlar, Rusiyada inqilabın və XX əsrdəki hər iki dünya müharibəsinin pərdəarxası tərəfi, ABŞ Federal Ehtiyat Sisteminin yaradılmasının real məqsədləri və FES-dən istifadə praktikası haqqında təfərrüatı ilə danışılır. Epperson 1960-cı illərin əvvəllərində fövqəladə məxfilik şəraitində hazırlanan hansısa, “Dəmir Dağdan Məruzə” haqqında bəhs edir. Məruzəni sifariş edənləri narahat edən, yalnız uzunmüddətli sülhün davamlı nəticələri deyildi, onlar eləcə də müharibənin həm görünən, həm də görünməyən funksiyalarını öyrənmək istəyirdilər... Demə, müharibələr cəmiyyətimizin dayanıqlı olması üçün əhəmiyyət kəsb edən müəyyən funksiyaları yerinə yetirir; bunun üçün başqa üsullar yaradılmayana qədər, hərbi sistem saxlanmalı və onun effektivliyi təkmilləşdirilməlidir.
Artur Qoldenin “Geyşanın memuarlaı” kitabı da nəşriyyatın oxuculara hədiyyəsi sırasındadır. 20-ci əsrin ən tanınmış geyşalarından biri Nitta Sayurinin həyat hekayəsi olan bu kitabı oxumaqla siz siz məhəbbət romanlarının pərəstişkarı deyilsinizsə və ümumiyyətlə, ilk baxışdan məhəbbətə inanmasanız belə, “Gündoğan ölkə”nin özünəməxsus mühitinə daxil olmaqdan və kənar şəxslər üçün qapalı, gizli bir cəmiyyəti daxildən tanımaqdan inanılmaz həzz alacaqsınız. Roman yalnız kişilərə məxsus olan tam başqa bir aləmə, başqa bir dünyaya açılan qapıdır. Bu aləmdə qadınlar heç vaxt düşündüklərini deyil, yalnız onlardan gözlənilənləri, tələb olunanları deyirlər. Onlar heç bir istəyə və seçim hüququna malik ola bilməzlər. Qadınlar doğulandan ölənə qədər onlar üçün əvvəlcədən müəyyən olunmuş yolla irəliləyirlər, bu yoldan sapma ehtimalı çox cüzidir. Onlar mövcuddurlar, ancaq demək olmaz ki, yaşayırlar. Ona görə ki, yalnız tənhalıqda özləri kimi ola bilirlər, ancaq bu hüquqdan da məhrumdurlar. Geyşalıq işi – gözəllik və incəsənətdir. Bu ancaq kənardan belə görünür. Daxildən isə yalnız ağır, üzücü əmək, riyakar bir peşədir. Bundan savayı, heç nə yoxdur.Qeyd edək ki, kitabın tərcüməçisi Ülkər Elxanqızıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif