Qara dənizdə azərbaycanlıların olduğu obyektlərə hücumlar: Təsadüfdür, yoxsa planlı?

Qara dənizdə azərbaycanlıların olduğu obyektlərə hücumlar: Təsadüfdür, yoxsa planlı?
SİYASƏT
17:13 20.07.2026
748
Son dövrlərdə Rusiya-Ukrayna müharibəsinin fonunda Qara dəniz hövzəsində mülki obyektlərə və ticarət gəmilərinə qarşı hücumlar davam edir. Bu hadisələr zamanı azərbaycanlıların çalışdığı və ya Azərbaycana aid obyektlər də zərər görüb. Nikolayevdə SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinin hücuma məruz qalması, Odessa yaxınlığında azərbaycanlıların çalışdığı yük gəmisinə dron zərbəsi nəticəsində azərbaycanlı kapitanın həlak olması, son olaraq isə Rusiyanın Anapa şəhəri yaxınlığında "Babylon” adlı quru yük gəmisinin pilotsuz uçuş aparatının hücumuna məruz qalması bölgədə mülki hədəflərin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. 

Bəs son dövrlərdə azərbaycanlıların olduğu obyektlərin və gəmilərin ardıcıl şəkildə hücuma məruz qalması təsadüfdür yoxsa…? 

Politoloq Tofiq Abbasov AZXEBER.COM-a açıqlamasında deyib ki, əgər eyni hadisə və ssenari dəfələrlə təkrarlanırsa, bu təsadüf deyil:

"Ümumiyyətlə, belə vəziyyətlərdə təsadüflərdən danışmaq yersiz görünür. Təsadüf bir dəfə ola bilər. Əgər eyni hadisə və ssenari dəfələrlə təkrarlanırsa, deməli, düşünülmüş bir gedişdir. Burada təbii ki, Azərbaycanın mövqeyi bəllidir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Bizim ərazi bütövlüyümüzü dəstəkləyən bütün ölkələrlə yaxşı münasibətlərimiz var. Beynəlxalq hüququn prinsipləri var və həmin prinsiplər dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını əsas götürür”.


O qeyd edib ki, Azərbaycanın prinsipial və düzgün mövqe tutması isə Rusiyada müəyyən qüvvələrin xoşuna gəlmir:

"Bu məsələdə Azərbaycanın prinsipial və düzgün mövqe tutması isə təbii ki, Rusiyada müəyyən dairələrin xoşuna gəlmir. Məsələn, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı Rusiya ilə münasibətlərə və Ukrayna məsələsinə toxunmasından dərhal sonra Azərbaycanı gözü götürməyən Zatulin, Milonov kimi şəxslər yenidən fəallaşdılar. Onlar iddia etməyə başladılar ki, guya Azərbaycan Rusiyanı aldadır. "Azərbaycan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olmayıb, niyə Avrasiya məkanında yoxdur?” kimi ifadələr səsləndirdilər. 
Əslində isə bu, əvvəldən mövcud olan yanaşmanın davamıdır. Həmin şəxslər siyasi baxımdan həm xari, həm də boşboğazdırlar.  Onlar sistemli şəkildə Azərbaycana qarşı çıxış edirlər. Onların müəyyən dairələrdə, o cümlədən müxtəlif siyasi və hərbi strukturlarda dəstəkləyicilərinin olması da istisna deyil”.

O qeyd edib ki, Ukraynada Azərbaycan obyektlərinə qarşı belə hadisələrin baş verməsi xoş hal deyil:

"Əgər Ukraynada Azərbaycan obyektlərinə qarşı belə hadisələr baş verirsə, bu, əlbəttə, xoş hal deyil. Xüsusilə nəzərə almaq lazımdır ki, cəmi bir neçə gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvaya səfər etmiş, rusiyalı həmkarı Sergey Lavrovla görüş keçirmişdi. Görüşdə tərəflər mövcud problemləri müzakirə etdilər və bəyanatlarda da vurğulandı ki, Azərbaycanla Rusiya arasında barışmaz ziddiyyət və ya antaqonizm yoxdur. Bəli, bəzi məsələlərdə fikir ayrılıqları mövcuddur və bu, tamamilə normaldır. Çünki hər dövlətin öz maraqları, prioritetləri və baxışları var. Onların tam eyni olması mümkün deyil. Qonşuluq münasibətlərində zaman-zaman müəyyən anlaşılmazlıqlar və fikir ayrılıqları yarana bilər. Belə məqamlarda bəzi qüvvələr təxribatlardan və dezinformasiyadan istifadə edərək ölkələr arasında münasibətləri pozmağa çalışırlar. Burada Ermənistanın da bu cür proseslərdən istifadə etməyə çalışmasını istisna etmək olmaz”.

Politoloq vurğulayıb ki, dünya siyasətində diplomatik ənənələr və beynəlxalq münasibətlərin qaydaları həmişə öz rolunu oynamalıdır:

"Dünya siyasətində diplomatik ənənələr və beynəlxalq münasibətlərin qaydaları həmişə öz rolunu oynamalıdır. Həm Azərbaycan, həm də Rusiya diplomatiyasının bu cür problemləri həll etmək üçün kifayət qədər imkanları və təcrübəsi var. Bu imkanlardan istifadə edilməlidir ki, münasibətlər zədələnməsin.
AZAL təyyarəsi ilə bağlı hadisədən sonra münasibətlərdə müəyyən soyuqluq yarandı, anlaşılmazlıqlar oldu. İlk mərhələdə Rusiyanın mövqeyi Azərbaycanın haqlı arqumentlərini tam nəzərə almırdı. Lakin sonradan Azərbaycanın mövqeyi qəbul edildi, üzrxahlıq edildi və kompensasiya məsələləri gündəmə gəldi. 

Əsas məsələ odur ki, problemlər varsa, onlara arxa çevirmək olmaz. Onlarla yaxından məşğul olmaq, həll yollarını birlikdə axtarmaq lazımdır. Mən əminəm ki, həm Ceyhun Bayramov, həm də Prezident İlham Əliyev Rusiya rəhbərliyinə Azərbaycanın mövqeyini açıq şəkildə çatdırırlar və bildirirlər ki, bəzi yanaşmalar düzgün deyil. Biz Ukrayna və Rusiya ilə müttəfiqik. Bu o demək deyil ki, üçüncü tərəflər bundan istifadə edib bölgədə əlavə gərginlik yaratmalıdırlar. Diplomatiyanın əsas məqsədi məhz problemləri olduğu kimi qəbul edib onları dialoq yolu ilə həll etməkdir”.

O bildirib ki, diplomatiyanın əsas prinsiplərindən biri də qarşı tərəfi dinləməkdir:

"Həm Prezident İlham Əliyevin çıxışları, həm də Ceyhun Bayramovun Moskvaya səfəri onu göstərir ki, Bakı ilə Moskva arasında dialoq qırılmayıb. Əksinə, müntəzəm şəkildə davam edir və tərəflər bir-birini eşitməyə çalışırlar. Diplomatiyanın əsas prinsiplərindən biri də qarşı tərəfi dinləmək, onun narahatlıqlarına diqqətlə yanaşmaq və problemlərin həllinə hazır olduğunu göstərməkdir. Bu baş verdikdə, gərginlik tədricən aradan qalxır və münasibətlərdə qarşılıqlı anlaşma mühiti formalaşır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
16:50 27.10.2026
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
16:42 27.10.2026
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
16:35 27.10.2026
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Modeli döyən iş adamına hökm oxundu
16:32 27.10.2026
Modeli döyən iş adamına hökm oxundu
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
16:28 27.10.2026
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
16:15 27.10.2026
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
16:06 27.10.2026
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
16:00 27.10.2026
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
Pezeşkian Moskvada səfərdədir
15:57 27.10.2026
Pezeşkian Moskvada səfərdədir
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
15:43 27.10.2026
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
15:38 27.10.2026
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı