"Qarabağ" "qara bazar"da bilet satışı məsələsinə aydınlıq gətirdi

"Qarabağ" "qara bazar"da bilet satışı məsələsinə aydınlıq gətirdi
İDMAN
13:47 15.08.2017
1249

 

"Qarabağ" futbol klubu Çempionlar Liqasının "pley-off" mərhələsi çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) matçına bilet tapılmaması və biletlərin "qara bazar"a yol açması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Klubun mətbuat katibi Nurlan İbrahimov Trend-ə deyib ki, "Qarabağ" - "Kopenhagen" matçına maraq olduqca böyükdür: "Hazırda kassa açıqdır və matç üçün müəyyən biletlər var ki, onlar da satılır. Bu gün saat 16:30-dan etibarən isə 5 və 25-ci sektorlara biletlər də satışa çıxarılacaq. Bu biletləri ona görə saxlamışıq ki, şəhərdən kənarda olan digər insanlar da bilet əldə edə bilsinlər”.

 

Onun sözlərinə görə, bilet qıtlığı tələb və təkliflə bağlı məsələdir: "Yəni 30 min bilet satışa çıxarılırsa, lakin 100 min nəfər oyuna tamaşa etmək istəyirsə, təbii ki, 100 minin hamısı bilet əldə edə bilməyəcək. Bu baxımdan azarkeşlərin hamısının bilet ala bilməməsi təbiidir”.

"Qara bazar"a gəlincə isə N.İbrahimov bildirib ki, klub kassa daxilində bilet satışına məsuliyyət daşıyır. Klubun hər hansı bir şəxsin əlindən bileti almaq, ərazidən uzaqlaşdırmaq kimi bir səlahiyyəti yoxdur:

"Klub səlahiyyətləri çərçivəsində biletlərin "qara bazar"a çıxarılmaması üçün tədbirlər görüb. Misal üçün, bir nəfərə 3-dən artıq bilet satılmır. Digər tərəfdən, əvvəl də qeyd etdiyim kimi, biletlərin bir hissəsini sonraya saxlamışıq ki, şəhərdən kənarda olan insanlar da bilet əldə edə bilsinlər. Yəni əgər biz istəsəydik, biletləri artıq satıb qurtarardıq, lakin "qara bazar"a çıxmasının qarşısını almaq üçün bu cür tədbirlər görmüşük”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müəllimlərin DİQQƏTİNƏ - Sertifikasiya imtahanın keçiriləcəyi məktəblərin SİYAHISI
23:07 08.06.2026
Müəllimlərin DİQQƏTİNƏ - Sertifikasiya imtahanın keçiriləcəyi məktəblərin SİYAHISI
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
23:01 08.06.2026
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
22:56 08.06.2026
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
22:53 08.06.2026
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
22:48 08.06.2026
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
22:42 08.06.2026
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
22:40 08.06.2026
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
Bakının iki rayonunda işıq kəsiləcək
22:37 08.06.2026
Bakının iki rayonunda işıq kəsiləcək
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
22:26 08.06.2026
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
22:16 08.06.2026
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
22:08 08.06.2026
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
22:00 08.06.2026
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
21:52 08.06.2026
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
21:47 08.06.2026
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
21:37 08.06.2026
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
21:34 08.06.2026
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video