Qarabağ Universitetində 600 balı keçənlərin sayı KƏSKİN ARTDI

Qarabağ Universitetində 600 balı keçənlərin sayı KƏSKİN ARTDI
SOSİAL
15:30 14.09.2026
108
Qarabağ Universitetinə 49 ixtisas üzrə 1 235 tələbə qəbul olunub.

AZXEBER.COM xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev 2026-2027-ci tədris ilinə dair keçirilən mətbuat konfransı zamanı deyib.

1 403 plan yeri üzrə 49 ixtisasa 1 235 nəfər tələbə qəbul olunub. Qəbul olunanlardan 603 nəfər 500 və daha yüksək bal toplayıb. Bu göstərici ötən illə müqayisədə 269 nəfər çoxdur.

Nazir bildirib ki, 196 nəfər 600 və daha yüksək bal toplayıb. Bu göstərici 2025–2026-cı tədris ili ilə müqayisədə təxminən 1,5 dəfə, 2024–2025-ci tədris ili ilə müqayisədə isə təxminən 2 dəfə çoxdur.

O qeyd edib ki, 13 ixtisas üzrə keçid balı 500-dən yüksək olub. Ən yüksək keçid balları tibb ixtisası üzrə 634,2, stomatologiya üzrə 624,3, hüquqşünaslıq üzrə isə 600,8 və 600,1 bal təşkil edib.

Qəbul olunan tələbələrin 60 faizdən çoxunu qızlar təşkil edib.

Şahanə
OXŞAR XƏBƏRLƏR