Qarabağda Böyük Qayıdış: Azərbaycan yeni tarix yazır

Qarabağda Böyük Qayıdış: Azərbaycan yeni tarix yazır
SİYASƏT
16:03 15.09.2026
131
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri artıq yalnız ölkəmizdə deyil, beynəlxalq ictimaiyyət tərəfindən də yaxından müşahidə olunur. Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura son səfəri də bunun əyani göstəricisidir.

Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edib. Xarici diplomatlar Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən bərpa və quruculuq layihələri ilə tanış olublar. Onlara regionda yaradılan sosial və iqtisadi infrastruktur, həyata keçirilən layihələr, tarixi-mədəni irsin qorunması və bərpası istiqamətində görülən işlər təqdim edilib.

Bu səfərin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır. Çünki əvvəlki illərdə diplomatik nümayəndələrin işğaldan azad olunmuş ərazilərə səfərləri əsasən Ermənistanın törətdiyi vəhşiliklərin, vandalizmin və Azərbaycan torpaqlarında yaratdığı dağıntıların dünya ictimaiyyətinə göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.

Bu gün isə mənzərə tamamilə fərqlidir.

Artıq xarici diplomatlar Qarabağda Azərbaycan dövlətinin həyata keçirdiyi nəhəng quruculuq işlərinin, müasir infrastruktur layihələrinin, sosial obyektlərin və yeni yaşayış məntəqələrinin şahidi olurlar. Ən əsası isə uzun illər doğma yurdlarından didərgin salınmış insanların öz ata-baba torpaqlarına qayıdışını və burada yeni həyat qurmasını görürlər.

Böyük Qayıdış prosesi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biridir. Bu gün keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, yeni evlərdə məskunlaşması, işlə təmin olunması və normal həyat şəraitinə qovuşması Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədlərin mərhələli şəkildə reallaşdığını göstərir.

Bununla yanaşı, azad edilmiş ərazilərdə yeni iş yerlərinin yaradılması, müəssisələrin və istehsalat sahələrinin fəaliyyətə başlaması, müasir sosial obyektlərin inşa edilməsi, yolların və digər infrastrukturun yenilənməsi regionun simasını köklü şəkildə dəyişir.

"Ağıllı kənd” layihələri, beynəlxalq hava limanları, yeni yollar və digər iri infrastruktur layihələri Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafının əsasını təşkil edir. Azərbaycan öz iqtisadi imkanları hesabına bu əraziləri yenidən qurur və regionun davamlı inkişafı üçün mühüm zəmin yaradır.

Təbii ki, Azərbaycanın bu uğurları Ermənistanın müəyyən revanşist dairələrini və erməni diasporunun bəzi nümayəndələrini narahat edir. Qarabağda həyatın sürətlə bərpa olunması, insanların öz doğma torpaqlarına qayıtması və regionun inkişaf etməsi fonunda müxtəlif qarayaxma kampaniyalarının aparılması da bunun göstəricisidir.

Lakin artıq yeni reallıq yaranıb. Bu reallığı nə siyasi manipulyasiyalar, nə də müxtəlif təbliğat kampaniyaları dəyişə bilər. Xarici diplomatların Qarabağa səfəri zamanı gördükləri mənzərə Azərbaycanın yaratdığı yeni reallığın ən mühüm göstəricilərindən biridir.

Azərbaycan hər zaman regionda sülhün və sabitliyin tərəfdarı olub. Bu gün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və yekun sülh sazişinin imzalanması Cənubi Qafqazın gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır.

Təəssüf ki, sülh prosesinin müsbət istiqamətdə inkişaf etdiyi bir vaxtda bu prosesi pozmaq istəyən qüvvələr də mövcuddur. Belə qüvvələr həm Ermənistan daxilində, həm də onun hüdudlarından kənarda fəaliyyət göstərirlər.

Lakin Cənubi Qafqazın gələcəyi üçün sülhdən başqa alternativ yoxdur.

Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması regionda yeni siyasi və iqtisadi reallıqlar yaradacaq. Bu yeni reallıqda qarşıdurmaya, revanşizmə və radikal çağırışlara yer olmayacaq.

Bu baxımdan diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərini yalnız tanışlıq səfəri kimi qiymətləndirmək doğru olmaz. Bu səfər Azərbaycanın azad edilmiş ərazilərdə gördüyü işlərin, Böyük Qayıdış prosesinin və regionda formalaşan yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm hadisədir.

Qarabağ artıq dağıntıları ilə deyil, dirçəlişi, quruculuğu və gələcəyə inamı ilə diqqət çəkir. Bu, Azərbaycan dövlətinin iradəsinin və xalqımızın Qarabağa qayıdış əzminin ən böyük göstəricisidir.
 
İlham Qayıbzadə
Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının sədri

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Deputat: Azərbaycan-BƏƏ əməkdaşlığı hər iki ölkənin inkişafına töhfə verəcək
16:49 15.09.2026
Deputat: Azərbaycan-BƏƏ əməkdaşlığı hər iki ölkənin inkişafına töhfə verəcək
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
16:45 15.09.2026
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
İşdən çıxarılan sabiq icra başçısı kimdir? - DOSYE
16:42 15.09.2026
İşdən çıxarılan sabiq icra başçısı kimdir? - DOSYE
“Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib”
16:35 15.09.2026
“Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib”
Bank of Baku-da səhiyyə işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % komissiya ilə
16:29 15.09.2026
Bank of Baku-da səhiyyə işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % komissiya ilə
Azərbaycanda “Roblox” təhlükəsi böyüyür - Uşaq və yeniyetmələri necə qoruyaq?
16:26 15.09.2026
Azərbaycanda “Roblox” təhlükəsi böyüyür - Uşaq və yeniyetmələri necə qoruyaq?
“Bakalavrın müddəti azaldılsa, işsizlik problemi yarana bilər” - Ekspert risklərdən danışdı
16:22 15.09.2026
“Bakalavrın müddəti azaldılsa, işsizlik problemi yarana bilər” - Ekspert risklərdən danışdı
Bu rayonun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
16:18 15.09.2026
Bu rayonun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Qarabağda Böyük Qayıdış: Azərbaycan yeni tarix yazır
16:03 15.09.2026
Qarabağda Böyük Qayıdış: Azərbaycan yeni tarix yazır
Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı
15:59 15.09.2026
Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı
Dərslər başladı, yeni xərclər ortaya çıxdı – Hansı xidmətlər bahalaşa bilər?
15:51 15.09.2026
Dərslər başladı, yeni xərclər ortaya çıxdı – Hansı xidmətlər bahalaşa bilər?
AccessBank tenderin vaxtını uzatdı
15:47 15.09.2026
AccessBank tenderin vaxtını uzatdı
Şagird qaydaları pozursa, məktəb necə davranmalıdır? – Dünyadan fərqli təcrübələr
15:39 15.09.2026
Şagird qaydaları pozursa, məktəb necə davranmalıdır? – Dünyadan fərqli təcrübələr
Ərdoğan Azərbaycanı təbrik etdi - FOTO
15:22 15.09.2026
Ərdoğan Azərbaycanı təbrik etdi - FOTO
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:12 15.09.2026
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Vəzifəli şəxslərin, məmurların gəlirləri niyə gizli qalır? - Deputatlardan açıqlama
15:11 15.09.2026
Vəzifəli şəxslərin, məmurların gəlirləri niyə gizli qalır? - Deputatlardan açıqlama