"Qarabağ"ın rəqibində koronavirusa yoluxan futbolçuların sayı 4-ə çatdı

İDMAN
14:46 20.11.2020
145
"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən olan Türkiyə "Sivasspor"unun daha bir futbolçusunda koronavirus aşkarlanıb.

AZXEBER.COM "TRT Spor"a istinadən xəbər verir ki, bununla da infeksiyaya yoluxanların futbolçuların sayı 4-ə çatıb. Onlardan 2-si əsas heyət üzvüdür. İndiyədək yoluxanların heç birinin adı açıqlanmayıb.

Sivas təmsilçisi sabah Türkiyə Super Liqasının 8-ci tur matçında "Fatih Karagümrük" klubunun qonağı olacaq.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

OXŞAR XƏBƏRLƏR