Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı

Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
SOSİAL
23:36 14.08.2026
980
Azərbaycanda qarpızın çörək və pendirlə birlikdə yeyilməsi uzun illərdir davam edən yay ənənələrindən biridir. Lakin son vaxtlar bəzi mütəxəssislər bu qida birləşməsinin qanda şəkərin sürətlə yüksəlməsinə və həzm sistemi üçün əlavə yük yaratmasına səbəb ola biləcəyini bildirirlər. Bu isə cəmiyyətdə illərdir formalaşmış qidalanma vərdişlərinin sağlamlığa təsiri ilə bağlı sualları yenidən gündəmə gətirib.

Bəs uzun illər eyni qaydada qidalanan insanların orqanizmi bu birləşməyə uyğunlaşa bilərmi, yoxsa mümkün risklər yenə də qalır? Qarpızın çörək və pendirlə birlikdə yeyilməsi sağlam insanlar üçün də risk daşıyır, yoxsa bu daha çox müəyyən xəstəlikləri olan şəxslərə aiddir?

AZXEBER.COM xəbəbr veriri ki, "AzPolitika”ya açıqlama verən qida üzrə mütəxəssis Fərid Səfərov deyib ki, qarpızı çörək və pendirlə birlikdə yemək Azərbaycanda geniş yayılmış qidalanma vərdişidir.

Onun sözlərinə görə, sağlam insanlarda bu kombinasiyanın mütləq zərərli olduğunu söyləmək düzgün olmaz:

"Burada əsas məsələ porsiya miqdarı, qəbul tezliyi və insanın sağlamlıq vəziyyətidir. Qarpızın qlisemik indeksi yüksək olsa da, tərkibində suyun çox olması səbəbindən qlisemik yükü orta səviyyədə qiymətləndirilir. Lakin qarpız çörəklə birlikdə və xüsusilə böyük porsiyalarda qəbul edildikdə ümumi karbohidrat miqdarı artır və qanda şəkərin daha sürətli yüksəlməsinə səbəb ola bilər”.

Ekspert qeyd edib ki, buna görə şəkərli diabeti, insulin müqaviməti və ya artıq çəkisi olan şəxslərin bu birləşməni ehtiyatla istehlak etməsi daha məqsədəuyğundur:

"Digər tərəfdən, bəzi insanlarda qarpızın çox miqdarda qəbul edilməsi köp, qaz və həzm narahatlığı yarada bilər. Çörək də bu təsiri müəyyən qədər artıra bilər. Ancaq bu, hər kəsdə müşahidə olunmur və daha çox həssas həzm sistemi olan insanlara aiddir. Pendirə gəldikdə isə, onun tərkibindəki zülal və yağ qarpızdakı şəkərin sorulmasını müəyyən qədər ləngidə bilər. Lakin çox duzlu pendirlərin qarpızla birlikdə həddindən artıq istehlakı, xüsusilə yüksək təzyiq və böyrək xəstəliyi olan insanlar üçün uyğun hesab edilmir”.

F.Səfərov sonda əlavə edib ki, illərdir bu qidanı birlikdə yemək orqanizmin ona "alışması” və zərərsiz etməsi anlamına gəlmir:

"Əgər hər hansı qida həzm pozğunluğu yaradırsa və ya mövcud xəstəliyi ağırlaşdırırsa, uzun müddət istifadə olunması onu təhlükəsiz etmir. Sağlam insanlarda isə qarpızı çörək və pendirlə arabir və ölçülü miqdarda qəbul etmək adətən ciddi problem yaratmır. Ən vacib prinsip isə istənilən qidanı həddi aşmadan və fərdi sağlamlıq vəziyyətini nəzərə alaraq istehlak etməkdir. Sonda demək istəyirəm ki, sağlam qidalanaraq sağlam yaşayın”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
18:29 19.10.2026
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
18:25 19.10.2026
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
18:24 19.10.2026
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
18:13 19.10.2026
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
17:53 19.10.2026
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
17:48 19.10.2026
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
17:37 19.10.2026
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
17:35 19.10.2026
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
16:55 19.10.2026
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
16:43 19.10.2026
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
16:38 19.10.2026
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
16:38 19.10.2026
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA