Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə xəbərdarliq
SOSİAL
00:21 16.08.2026
222
Qarpızı hər gün yemək mümkündür, lakin şəkərli diabeti və ya qlükozaya tolerantlığı pozulmuş insanlar onun istehlakını məhdudlaşdırmalıdır.
Bu barədə həkim Anna Kosenkova "Ria Novosti”yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qarpızın qlikemik indeksi yüksəkdir. Lakin tərkibində suyun çox olması səbəbindən onun tərkibindəki şəkər digər şirin məhsullarla müqayisədə orqanizm tərəfindən daha tədricən sorulur.
Həkim diabet və qlükozaya tolerantlıq pozğunluğu olan şəxslərə qarpızı gündəlik rasiona daxil etməməyə çağırıb.